Azərbaycanda növbəti “Gülərqeyt əməliyyatı”

25-02-2016, 10:45   


Səfər İmanov baş verənlərə görə Hicran Hüseynovanı ittiham etdi


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər Imanov Eynur Kərimovun 170 min dollarının mənimsənilməsi ilə bağlı Komitə sədri Hicran Hüseynovanı ittiham edir. Bu barədə “Report”a Eynur Kərimovun vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi Eynur Kərimov sabiq Aparat rəhbəri Səfər Imanovla telefonla danışıb: “Səfər Imanov müvəkkilimlə danışarkən ölkədən qaçmasına, öz atasının yas mərasimində iştirak edə bilməməsinə səbəb kimi Hicran Hüseynovanı göstərir. Hazırda onun hansı ölkədə olduğunu deyə bilməyəcəm. Səfər Imanov bu haqda nə lazımdırsa, yaşadığı ölkədən yazıb göndərəcəyini bildirib”.

Adəm Məmmədovun sözlərinə görə, Səfər Imanov yaşadığı ölkədən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə də ərizə yazacağını da deyib.

“Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirmişdilər ki, sabiq Aparat rəhbəri Səfər Imanov dəfələrlər işdə yol verdiyi nöqsanlara görə töhmət alıb. Bizim araşdırmalarımızdan sonra məlum olub ki, Səfər Imanov fəaliyyəti dövründə heç bir töhmət və xəbərdarlıq almayıb”. Bu sözləri isə Adəm Məmmədovÿ Modern.az saytına bildirib. Onun sözlərinə görə, 2011-ci ildə Komitənin rəhbəri Hicran Hüseynovanın təqdimatı əsasında Səfər Imanov ölkə başçısı tərəfindən dövlət qulluğunda fərqlənməsinə görə təltif edilib: “Mən hesab edirəm ki, Komitə və rəhbərlik verdiyi açıqlamalarla özlərini gülünc vəziyyətinə qoyur və ifşa edirlər.

Səfər Imanov hazırda xarici ölkələrdən birindədir. Onun atası dünyasını dəyişib. Amma yas mərasimində iştirak edə bilmir. Elə buna görə də, Hicran Hüseynovanı ittiham edir. Müvəkkilim Eynar Kərimov Səfər Imanovla 2 dəfə telefon danışığı aparıb. Səfər Imanov ona bildirib ki, bütün günahlar Hicran Hüseynovadadır”.

Adəm Məmmədov bildirib ki, Səfər Imanov fəaliyyəti dövründə yaradılan problemlərlə bağlı cəmiyyətə və hüquq-mühafizə orqanlarına açıqlama vermək istəyir.

Qeyd edək ki, Səfər Imanov 1 noyabr 2015-ci ildə AQUPDK-nın Aparat rəhbəri vəzifəsindən azad edilib. Onun vətəndaş Eynur Kərimovdan 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər ÿImanov ÿQubadlı rayonundan olan müəllim Eynur Kərimovu Binəqədi rayon icra başçısının müavini postuna təyin etdirəcəyini vəd edib ki, ondanÿ170 min dollar rüşvət alıb.

Səfər Imanov Azərbaycandan qaçaraq, xaricdə gizlənir.

Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə isə sabiq Aparat rəhbəri Səfər Imanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib: “Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər Imanova pul vəsaiti təqdim edib. Eyni zamanda, rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib və bu 4 il müddətində həmin şəxs Səfər Imanovla yaxın əlaqədə olub. Burdan sual ortaya çıxır ki, niyə bu 4 il ərzində həmin vətəndaş tərəfindən rəsmi şəkildə komitəyə və digər hüquq-mühafizə orqanlarına müraciətlər edilməmişdir?! Biz məsuliyyətlə qeyd edirik ki, həmin şəxslə komitə sədri xanım Hicran Hüseynovanın işlə təmin edilməsi və hər hansı pul vəsaitinin verilməsi ilə bağlı heç bir əlaqəsi və danışıqlar olmayıb. Qeyd etmək istərdik ki, dövlət komitəsinin sədri xanım Hicran Hüseynova kimisə vəzifəyə təyin etmək üçün inzibati və rəsmi səlahiyyətlərə malik deyil. Onu da əlavə edək ki, bir sıra kütləvi informasiya vasitələrində Səfər Imanovun xanım Hicran Hüseynovanın dayısı oğlu olması ilə bağlı məlumatlar yer alıb və biz bunu təkzib edərək nəzərinizə çatdırmaq istərdik ki, bu məlumat yanlışdır”.

Bəzi iddialara görə, qalmaqalda adı hallanan Səfər Imanov Hicran Hüseynovanın qohumudur. Onun həmçinin Qubadlanın icra başçısı Malik Isaqovun qohumu olduğu bildirilir. Məlumat üçün deyək ki, Malik Isaqov Bakı Şəhər Icra Hakimiyyətində yüksək mövqe tutduğu iddia olunan Nərminə Isaqovanın qardaşıdır. Səfər Imanov fevralın 8-də ölkəni tərk edib. O, Azərbaycandan getməmişdən əvvəl Sumqayıtdakı və Nərimanov rayonundakı evlərini, həmçinin Novxanıdakı bağını Malik Isaqova yaxın şəxslərə satıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.