Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi ev 43 sakini Məmmədova Samirə Tofiq qızı tərəfindən
Ərizə
Mənim övladım Aygün Xətai rayonunda yerləşən 116 nömrəli orta məktəbin 6-cı sinifində oxuyur.Məktəbin direktoru Aidə Alıyevanın pul yığma kompaniyası biz kasıb valideyinləri bezdirib deyə mətbuat vasitəsi ilə Təhsil Naziri cənab Mikayıl Cabbarova müraciət edirəm.Cənab nazir 116 saylı məktəbin direktoru Aidə Alıyeva hər il dekabrın 14-də ad günü münasibəti ilə hər şagirddən 15 manat, hər il fond pulu adı ilə 30 manat pul yığır.İndidə qarşıdan gələn 8 mart qadınlar bayramı münasibəti ilə hər şagirddən 30 manat yığılmasına tapşırıq verib.Pul verməyən şagirdsin məktəbdən qovulması tapşırııb.116 nömrəli orta məktəbdə 800 şagird təhsil alır.Axı bu direktor Aidə Alıyeva kimdir ki. özünü qolçomaq kimi aparır ? Ailəmiz acınacaqlı vəziyyətdə dolanır Qorxuram ki, pulu verə bilmədiyimiz üçün övladımı məktəbdən qovarlar.Cənab Mikayıl Cabbarov xahiş edirəm bütün kasıb valideynlər adından xahiş edirəm bu qanunsuzluq faktını araşdırıb müəllimə adına yaraşmayan qanunsuz əməllərlə məşğul olan Aidə Alıyevanın barəsində tədbirlər görəsiniz.
Sizdən xahiş edirəm mümkün olsa adımı gizli saxlayın qorxuram övladımı məktəbdən qovarlar.Allah köməyiniz olsun.