Roqozin İlham Əliyevlə görüşmək üçün gecəyarısı Bakıya gəldi

3-03-2016, 11:45   
Roqozin İlham Əliyevlə görüşmək üçün gecəyarısı Bakıya gəldi
Rusiya baş nazirinin müavini, hərbi-sənayeni kurasiya edən Dmitri Roqozin bu gecə prezident İlham Əliyevlə görüşmək üçün Bakıya “əvvəlcədən planlaşdırılmayan və xüsusi məqsəd daşıyan” səfərə gəlib.

Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb. Roqozin özü də Facebook səhifəsində Bakıda olduğunu təsdiqləyib. “Bakıda hava gecə 9 dərəcə, gündüz 14 dərəcə. Küləklidir. Azərbaycan paytaxtından hamıya salamlar”-Roqozin yazıb.

Roqozini “Rosoboroneksport”un nümayəndələri və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin rəsmiləri müşaiyət edir. Gözlənilir ki, “Rosoboroneksport”la Azərbaycan arasında bundan əvvəl bağlanmış müqavilələrin yerinə yetirilməsi, eləcə də Ermənistana güzəştli qiymətlərlə 200 milyon dollarlıq silah satışı və digər məsələlər müzakirə olunacaq.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar