“İki icra başçısının çıxarılması islahat kimi qələmə verilə bilməz”

4-03-2016, 22:36   
“İki icra başçısının çıxarılması islahat kimi qələmə verilə bilməz”

Fevralın 3-də Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.

Milli Şura üzvü, hüquqşunas Vidadi Mirkamal Facebook statusunda qeyd edib ki, hakimiyyət bu vaxta kimi bir çox rəsmi şəxsləri işdən azad edib və bu proses heç bir vaxt islahatın, dəyişikliyin işartısı kimi görünməyib: “İndi vəziyyət bir az gərgindir və əhalinin durumu çətinləşib. Ölkədə iqtisadi böhrandır və makroiqtisadi göstəricilərdə xeyli geriləmələr var. İnsanlar artıq belə bir vəziyyətdə yaşamaq istəmirlər. Bu baxımdan durumlarını müəyyən dərəcədə etirazlarını bildirirlər.
Belə bir durumda hər hansısa bir məmurun insanların əsəbi ilə oynaması hakimiyyətə qarşı yönələn bir məsələdir. Son nəticədə hakimiyyət üçün yaxşı heç nə vəd etmir. Amma iki icra başçısının işdən azad edilməsi böyük bir dəyişikliyin başlaması üçün start olması ehtimal edilə bilməz. Çünki, icra hakimlərinin 90%-i bu durumdadır.
Məlum məsələdir ki, icra hakimləri seçiləndə onların savadı, səviyyəsi, peşəkarlığı, etikası nəzərə alınmır. Sadəcə olaraq hakimiyyətin öz oyun qaydaları var və müəyyən şərtlər daxilində həmin şəxslər yüksək vəzifələrə seçilir. Bu baxımdan bu cür yerdəyişmələrin hakimiyyətdə hər hansısa bir dəyişikliyin işartısı kimi qələmə verilə bilməz. Bu daha böyük dəyişikliklərə gətirib çıxarda bilən addımlar deyil”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar