Masallıda iki deputat qırğına çıxdı - Ortalıq qarışdı

5-03-2016, 19:07   



VİZUAL.az xəbər verir ki, Nəriman Əliyevlə Elmira Axundova arasında başlanan qovğa yeni müstəvidə qızışıb və tərəflər bir-birinin əleyhinə kampaniya aparır.

Məlumata görə, son zamanlar hər iki millət vəkili barəsində yayılan xəbərlər, səslənən ittihamlar və edilən müraciətlərdən bir-birinə qarşı istifadə edirlər.

E.Axundovanın oğlunun ev skandalı və dələduzluq ittihamı ilə üzləşməsindən bəhrələnən N.Əliyev mətbuatda məsələnin böyüməsi üçün dəridən-qabıqdan çıxır. N.Əliyevin isə 40 min dollara maşın nömrəsi alması, diplomunun saxta olması haqda xəbərlərin yayılması E.Axundovanın işinə yarayıb.

Hər iki deputat siyasi rinqə çıxaraq bir-birinin əleyhinə kampaniyaya dəstək verirlər. Xəbərlərdə deyilir ki, E.Axundova ilə N.Əliyevin münasibətləri lap əvvəldən soyuq olub. Onlar indi bu soyuq münasibətləri daha da dərinləşdiriblər. Hər iki tərəfin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar