Yusif Yusifov prezidenti, naziri və tələbələri necə aldatdı?

6-03-2016, 22:14   


Gəncə Dövlət Universitetində gərginlik davam edir. Bu barədə anaxeber.info-a daxil olan məlumata görə, tələbələr aksiyaya hazırlaşır. Tələbələrin ayağa qalxmasına səbəb isə qış imtahan sessiyasında onlardan pul tələb olunması olub. Mediada yayılan məlumatlara görə, tələbələrdən hər imtahana görə 70 manat tələb edilirmiş. Bu barədə məlumat yayılandan sonra Gəncə Dövlət Universiteti məsələyə reaksiya verdi. Universitetdən verilən açıqlamada tələbələrin aksiyası keçirdiyi təkzib olundu. Daha sonra aksiya barədə məlumat naməlum səbəblərdən mediadan yığışdırıldı. Əvəzində Gəncə Dövlət Universitetinin müəllim heyətinin müraciəti mətbuata "ayaq açdı". Bu müraciət təbii olaraq universitet rəhbərliyinin vəziyyətdən çıxarılmasına hesablanmışdı.
Əldə etdiyimiz məlumata görə, universitetin rektoru Yusif Yusibov vaxt udmaq üçün tələbələrə vəd verib ki, heç kəsdən pul yığılmayacaq. Tələbələr sakitləşəndən sonra mediaya "açıqlamalar" verilməyə başlayıb. Universitetdə heç bir gərginliyin olmadığı barədə rəy yaradılandan sonra yenidən imtahanların köhnə qaydada keçirələcəyi, yəni tələbələrdən pul yığılacağı bəyan edilib. Məlumatda bildirilir ki, Yusif Yusibov medianın susacağından arxayındır, digər tərəfdən tələbələrdə belə rəy yaradılıb ki, onsuz da onların aksiyası ictimailəşməyəcək, ona görə də universitet rəhbərliyi ilə hesablaşmaq daha ağlabatan variantdır. Lakin tələbələr istənilən halda etiraz edəcəklərini bildirirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.