İstanbul-Paris aviareysi ilə uçan sərnişin körpə oğlunu təyyarəyə çamadanda keçirib.
Publika.az “Planet.fr” saytına əsasən xəbər verir ki, hadisə martın 7-də baş verib.
“Air France” şirkətinə məxsus təyyarədə uçan qadın sərnişinin əməlinin üstü onun yanında əyləşən digər sərnişinin köməyi ilə açılıb. Saytın yazdığına görə, sərnişinlərdən biri çamadanın içində nəyinsə tərpəndiyini görüb və stüardessaya xəbər verib. Nəticədə çamadanın içində bir-iki yaşlı uşaq aşkar edilib. Bu vaxt təyyarə artıq yolun yarısını qət edibmiş.
Uşağın Parisə biletsiz uçduğu məlum olub. Çamadanın təyyarəyə neçə keçirildiyi dəqiqləşdirilməyib. Hazırda hadisənin detalları araşdırılır.
Ömər Dağlı