"Türkiyə ordusunu ölkəmizə dəvət edirik" - Rusiyadan qorxan Litvanın şok bəyanatı

9-03-2016, 18:42   
"Türkiyə ordusunu ölkəmizə dəvət edirik" - Rusiyadan qorxan Litvanın şok bəyanatı
Rusiyanın Avropa üzərində qorxu yaratdığı bir dövrdə Litvanın müdafiə naziri sensasion bəyanatla çıxış edib.

Ölkə.az xəbər verir ki, Litvanın müdafiə naziri Yuozas Oleaks türk əsgərini ölkəsində görməkdən məmnunluq duyacaqlarını bildirib.

Rusiyanın aqressiv siyasətindn danışan Oleaks Baltik ölkələrinin durumundan, Suriya böhranından, NATO və Türkiyənin dünyada gedən proseslərdəki rolundan danışıb.

"Anadolu" agentliyinə müsahibə verən Litvanın müdafiə naziri Rusiyanın Krımı və Donbası işğalından sonra əksər region ölkələrinin özlərini təhlükəsizlikdə hiss etmədiyini bildirib.

"Əlbəttə türk əsgərini ölkəmizdə görməkdən çox məmnun olardıq. Türkiyə Baltik ölkələrində NATO-nun Hava Polisi Missiyasında aktiv iştirak edən ilk ölkələrdən biridir", - deyə Yuozas Oleaks bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar