Gəncə Dövlət Universitetində gərginlik hələ də səngiməyib. anaxeber.info-a daxil olan məlumata görə, bir müddət əvvəl etiraza qalxan tələbələr yenidən aksiyaya hazırlaşır. Məlumatda deyilir ki, tələbələr aksiyanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində keçirmək istəyirlər. Qeyd edək ki, Ərdoğan Azərbaycana səfəri çərçivəsində Gəncəyə gələcək. Bu səfər ötən ay baş tutmalı idi. Lakin Ankarada baş verən terror hadisəsinə görə Ərdoğan səfəri təxirə salmalı oldu. Ərdoğanın səfər vaxtı hələ müəyyənləşdirilməsə də, bu məsələnin yaxın vaxtlarda həllini tapacağı bildirilir.
Tələbələr də fürsətdən istifadə edib həmin vaxt aksiya keçirməklə diqqəti Gəncə Dövlət Universitetində baş verən qanunsuzluqlara yönəltməkdir. Tələbələrin əsas narazılığı imtahan vaxtı onlardan pul yığılmasıdır.