Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir

14-03-2016, 13:57   
Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir
Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunanda ilk addımı aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardımlarla bağlı oldu. Nazirin göstərişi ilə respubluka üzrə ünvanlı sosial yardım alan vətəndaşların siyahısı nazirliyin saytına yerləşdirildi. Bu şəffaflığın təmin olunması üçün zəruri idi. Səlim Müslümovun bu addımı müəyyən dərəcədə effekt verdi. Mətbuat siyahı üzrə araşdırmalar apararaq xeyli sayda vətəndaşa qanunsuz olaraq ünvanlı sosial yardım verdiyini üzə çıxardı. Səlim Müslümova da elə bu lazım idi. O yeni nazir kimi hansısa uğura imza atmalı, prezidentin bu təyinatının doğru olduğunu göstərməli idi. Və ən yaralı sahə olan ünvanlı sosial yardımların verilməsində şəffaflığın təmin olunması isə böyük uğur sayıla bilərdi. Müslümov yaxşı başladı, amma ya sona qədər bunu bacarmadı, ya da köhnə qaydada işləməyin daha məqsədəuyğun olduğunu düşündü. Hər halda bu gün yenə də bu sahədə ciddi problemlər var. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. anaxeber.info-a daxil olan şikayətlərdə şöbənin müdiri Elmir Quliyev, müfəttişlər Ramiz Tağıyev və Rüfət Hüseynov barəsində ciddi ittihamlar səsləndirilir. Bildirilir ki, bu üçlük ünvanlı sosial yardım verilməsində ciddi qanun pozuntularına verirlər. Sosial yardım almağa haqqı çatan vətəndaş bu hüququndan məhrum edilir, əvəzində yardıma ehtiyacı olmayan şəxslərə hansısa şərtlər müqabilində yardım verilir. Konkret olaraq Tovuz rayonunun İbrahimhacılı kənd sakini Bəhruz Qasımov iddia edir ki, müfəttiş Ramiz Tağıyevə "hörmət" etmədiyi üçün ona verilən yardımı kəsib. Başqa sakinlər də oxşar faktları diqqətimizə çatdırıblar. Həmçinin müəyyən "şərtlər" müqabilində qanunsuz olaraq ünvanlı sosial yardım alanlardan bəzilərinin adlarını açıqlayıblar. Hələlik dəqiqləşdirmələr apardığımızdan onların adlarını açıqlamırıq.
Mövzuya qatıdacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.