Son bələdiyyə seçkilərindən bir ildən artıq vaxt keçir. Neftçala şəhər bələdiyyəsinin sədri Aydın Aslanov və onun komandasının nə işlə məşğul olduğunu bilən yoxdur. Əslində bələdiyyə sədri öz şəxsi işləri ilə məşğuldur. Neftçala şəhər bələdiyyəsinə daxil olan Neftçala şəhəri və Banka qəsəbəsinin sakinləri get-gedə bələdiyyə adlı qurumun nə olduğunu unudurlar.
Bu qurumun unulmasına səbəblərdən biri bələdiyyə üzvlərinin və sədrinin seçkilər vasitəsi ilə seçilməməsi, yəni təyin edilməsi ilə əlaqədardır. İkinci səbəb isə təyinatın da öz şəxsi mənafeyini hər şeydən üstün tutan Aydın Aslanov kimilərin olması ilə bağlıdır.
Aydın Aslanov tamailə bələdiyyə işləri ilə deyil, öz şəxsi biznesini inkişaf etdirməklə məşğuldur.
Aslanov bələdiyyə sədri olmaqdan əvvəl Qarabağ Qaziləri Cəmiyyətinin sədridir. O, hələ cəmiyyət sədri olarkən cəmiyyətin adına götürdüyü 30 ha torpaq sahəsini Sədərək Yusif adlanan iş adamına icarəyə vermiş, oradan gələn gələri cəmiyyət üzvlərindən gizlədib. Bu əməli bu gün də davam etdirir. Gələn gəliri öz şəxsi mənafeyi üçün istifadə edir.
Aydın Aslanov həm də yeni Avtovağzalın qeyri-rəsmi müdiridir. Avtovağzaldan gələn gəlir də onun şəxsi biznesi kimi özünə aiddir.
Bir neçə il bundan əvvəl Neftçala İcra hakimiyyətinin təşəbbüsü ilə yaradılmış pullu mini futbol meydançasının da gəliri Aslonovun şəxsi büdcəsinə daxil olur.
Vaxtı ilə hüquq mühafizə orqanlarında özünü döğrultmadığına görə “sistemdən” qovulmuş Aydın Aslanov Neftçala sakinləri ilə polis məmuru kimi davranır və hesab edir əhali onun üçün sıravi polis işçiləridir.
Bu adamın işi, peşəsi şantaj və böhtan yolu ilə vətəndaşları şərləyib pul qoparmaqdan ibarətdir. Hətta iş o yerə çatıb ki, rayonun icra başçısını da tanımaq istəmir.
Bələdiyyə sədri əhaliyə torpaq satmağın yeni üsulunu da icad edib. Rayon torpaq şöbəsinin sədri Mustafa Əliyevin etibarsız möhürü ilə köhnə tarixə torpaq sataraq özünə pullar qazanır.
Əlaltıları vasitəsi ilə şayələr yayır ki, kim vəzifəsində qalmaq istəyirsə mütləq onu görməlidir.