“Zaminbank”ın Qazax əməliyyatı

15-03-2016, 08:28   
“Zaminbank”ın Qazax əməliyyatı
Xalıqlar kənd sakinləri cinayətkarların cəzalandırılmasını tələb edir

Qazax rayonunun Xanlıqlar kəndinin sakinlərindən bir qrupu redaksiyamıza məktub yollayıb. Onlar hələ də çözülməyən problemlərindən – adlarına götürülmüş saxta kreditlərdən və bu cinayəti törətmiş şəxslərin cəzasız qalmasından şikayət edir. Məktubda deyilir:

“Hörmətli redaksiya, yadınızdadırsa, bir neçə ay öncə biz ”Zaminbank”ın Qazax filialından saxta yolla adımıza kreditlər götürülməsindən şikayət etmişdik. Kənd sakini Xatirə Əsgərovayla IH-in Xanlıqlar kəndi üzrə icra nümayəndəsi Əkbər Əliyev əlbir olaraq saxta sənədlər düzəldərək kənd camaatının adına kredit götürməsindən yazmışdıq və bütün mediada bu xəbər işıqlandırılmışdı. Həmin vaxt Qazax rayon prokurorluğunda cinayət işi qaldırıldı və Xatirə Əsgərova həbs olundu. Ancaq onun cinayət ortaqları – kənd icra nümayəndəsi və saxta sənədi yoxlamadan kredit verən bank müdiri kənarda qaldı. Necə olur ki, kənd sakinləri adından kredit götürən həbs olunur, ancaq ona bu şəraiti yaradan, haqqında 3 maddə ilə cinayət işi açılan icra nümayəndəsi hələ də vəzifəsindədir. Axı o sənədlər – saxta arayışlar rüşvətsiz verilmir, nəyə görə belələri iş başında olmalıdır?”


Şikayətlərinin heç bir ünvanda eşidilmədiyini vurğulayan, bu cinayətdən ziyan çəkən kənd sakinləri ölkə başçısına və baş prokurora qəzet vasitəsilə müraciət edir, pozulmuş hüquqlarının və ədalətin bərpasına yardımçı olmasını istəyirlər.

Məktublar şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar