MTN generalının evində işləyən ustalar niyə həbs olunub?

15-03-2016, 11:34   


Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev evində usta işləyən şəxslər bir müddət öncə həbs olunub. Bu haqda Tanınmış vəkil Adəm Məmmədov işlə bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Vəkilin Facebook səhifəsində Azərbaycan Respublikası Baş Prokorurunun I müavini
Rüstəm Usubova müraciətində deyilir:

Qanunsuz həbs olunmuş Aslanovlar qardaşları barədə tərəfimdən verilmiş aşağıdakı vəsatətin qismən rədd edilməsindən (şikayət, etiraz) Baş prokurorun I müavini Rüstəm Usubova şikayət verilməsinə baxmayaraq, buna dair heç bir münasibət bildirilməmişdir.

Azərbaycan Respublikası Baş Prakorurunun I müavini
cənab Rüstəm Usubova


Nərimanov rayon prokurorluğunda istintaq olunan 150066115 saylı cinayət işi üzrə və AR CM-nin 145.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirlən şəxslər qismində cəlb edilərək barələrində həbs qətimkan seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Aslanov Ramil Valeh oğlunun və Aslanov Vasif Valeh oğlunun müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən
Mob: 050-344-03-00

ŞİKAYƏT
(02.03.2016-cı il tarixli vəsatətin rədd edilməsi barədə Bakı şəhər prokurorun 07 mart 2016-cı il tarixli qərarından)

Aşağıda göstərilənlər 02.03.2016-cı il tarixli vəsatətlə Bakı şəhər prokurorluğundan xahiş olunmasına baxmayaraq, yalnız prokurora və müstəntiqə etiraz hissəsinə 07 mart 2016-cı il tarixli qərarla rədd edərək əsassasız münasibət bildirilmişdir. Tərəfimdən verilmiş vəsatətin digər 1-2-ci xahiş və tələblərinə Bakı şəhər prokurorunun müavini Azər Əsgərov 07 mart 2016-cı il tarixli prokurora və müstəntiqə etirazın rədd edilməsi qərarı qəbul etmiş və həmin qərarı qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq əsaslandırmamışdır. Belə ki, 2 bənd xahiş və tələbimə heç bir hüquqi münasibət bildirməməklə vasatətin bu hissəsini açıq və hərəkətsiz saxlamışdır.

Vəsatətlərə və xahişlərə baxılması cinayət prosesini həyata keçirən orqan üçün məcburi olduğu, həmçinin qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilmədiyi halda, Bakı şəhər prokurorun müavini Azər Əsgərov nəinki vəsatət və xahişi rədd etmiş, təqsirləndirlən şəxslər Ramil və Vasif Aslanov qardaşlarının qanuni mənafelərinin bərpa edilməsi (istintaq eksperimenti və üzləşdirmə) hissələrinə ümumiyyətlə münasibət bildirilməmişdir.
Bundan başqa, hüquqlarını müdafiə etdiyim şəxslər Azərbaycan Respublikasında bir çox yüksək vəzifəli şəxslərin və Qazaxıstan Respublikasının prezidentinin rezidensiyasını, həmçinin Rusiya Federasiyanın Dağıstan Muxtar Respublikasının ədliyyə nazirinin və baş prokurorunun mənzillərini təmir etmişlər. Belə olan halda, təqsirləndirilən şəxslər hardan bilməli idilər ki, Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev hansısa bir cinayətdə ittiham olunacaqdır. Sonuncunun mənzilini təmir etmək və usta kimi xidmət göstərmək cinayət hesab oluna bilməz. Ramil və Vasif Aslanov qardaşları bir çox yüksək vəzifəli şəxslərin mənzillərində usta kimi işdəmələrinə baxmayaraq, onların statusundan heç vaxt istifadə etməmişlər. Eyni zamanda, tərəfimizdən ibtidai istintaqa təqdim olunmuş, təxminən 20 dəqiqəlik səs yazısında heç bir vəzifəli şəxsin adı çəkilməsi qeydə alınmamışdır.

Bu günki reallığa uyğun olaraq ustalar arasında gedən mülki xarakterli mübahisədir. Təxminən 20 dəqiqəlik səs yazısınadı qeyddən görsənir ki, tərəflər arasında olan mübahisəni qeydə alan zərərçəkmiş şəxs Həsənov Elmir Abid oğlu, bilərəkdən təqsirləndirilən şəxslərə onu vurduğunu deyir. Lakin, səs yazısının qeydə alınmasından xəbəri olmayan Ramil və Vasif Aslanov qardaşları dərhal zərərçəkmiş şəxsə bildirirlər ki, biz səni vurmamışıq. Həsənov Elmir qəsdən belə bir ifadə işlətməklə səs yazısına guya vurulduğunu qeyd etdirməyə çalışsada, bu çox uğursuz alınmışdır. Tərəfimdən Bakı şəhər prokurorluğuna verilmiş 02.03.2016-cı il tarixli vəsatətimdə bütün xüsusatlar öz əksini geniş şəkildə tapmışdır.

Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz.
Həmin Məcəllənin 121-ci maddəsinə əsasən, vəsatətlərə və xahişlərə baxılması cinayət prosesini həyata keçirən orqan üçün məcburidir.
Aşağıda göstərilənlər vəsatətlə Bakı şəhər prokurorundan xahiş olunmuşdur.

1. İbtidai istintaq təzlənərək iştirakımla istintaq eksprementi aparılmaqla maddi sübut olan köynəyin zərərçəkmiş şəxs Həsənov Elmir Abid oğlunun əyninə geyindirilərək ölçülərin sonuncuya uyğun olub-olmaması barədə tərəfimdən verilmiş vəsatətin rədd olunması haqqında Nərimanov rayon prokurorluğunun müstəntiqi Ceyhun Mirzəyevin 29 fevral 2016-cı il tarixli qərarını ləğv edərək, qeyd olunan vəsatətimin təmin olunması barədə qərar qəbul edəsiniz.
2. Təqsirləndirilən şəxslər Ramil və Vasif Aslanov qardaşlarının hadisənin birbaşa şahidi olmuş Saleh və Valeh qardaşları arasında, yeni subut olan təxminən 20 dəqiqəlik səs yazması əsasında müəyyən olunmuş ziddiyətlərin aradan qaldırılması üçün, həmçinin səs yazsının həqiqət olduğunu zərərçəkmiş şəxs və təqsirləndirilən şəxslər təsdiq etdiklərinə görə, iştirakımla video çəkilişlə maddi subut olan hadisənin axarını tam özündə əks etdirən təxminən 20 dəqiqəlik səs yazısı ilə şahidlərin verdikləri ifadlərin arasında olan ziddiyətlərin aradan qaldırılması üçün üzləşdirmə istitntaq hərəkətinin aparılması barədə qərar qəbul edəsiniz. (ən azı birbaşa hadisənin şahidləri olmuş Saleh və Valeh qardaşları qarşısında belə bir sual qoyulmalıdır ki, “səs yazsısı ilə verdiyiniz ifadalər arasındakı ziddiyətlər nəyə görədir?”)
3. Nərimanov rayon Polis İdarərisinin 16-cı polis bölməsinin təhqiqat orqanı tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar Nərimanov rayon prokuroru öz təşəbbüsü ilə ləğv edərək sadə ustalar barəsində gülünc olaraq AR CM-nin 308.1 və 221.2.1-ci maddələri ilə tələsik cinayət başladığından, bir gün ərzində təqsirləndirilən şəxslərin əməli AR CM-nin 308.1 və 221.2.1-ci maddədən 145.2.4 və 221.2.1-ci maddələrinə tövsif edildiyindən, müstəntiq tərəfindən heç bir qanuni və əsaslı vəsatətin təmin olunmamasısı səbəbindən, eyni zamanda bu cinayət işini Nərimanov prokurorluğu tələsik başladığı üçün istintaqın ibtida araşdırmanın aparılmasında maraqlı olmasını nəzərə alaraq Nərimanov rayon prokurorluğunda aparılan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və istinaqı aparan müstəntiq Ceyhun Mirzəyevə etirazımızın təmin olunaraq ibtidai araşdırmanın Bakı şəhər prokurorluğunun müvafiq müstəntiqinə həvalə edilməsi barədə qərar qəbul edəsiniz.

Onuda diqqətinizə çatdırıram ki, 02.03.2016-cı il tarixli vəsatətimdə cinayət işi üzrə xüsusatları kifayət qədər əsaslandırmışam. Odur ki, Bakı şəhər prokurorluğuna ünvanladığım sözü gedə 02.03.2016-cı il tarixli vəsatətimin və həmin vəsatətlə bağlı 07.03.2016-cı il tarixli etirazın rədd edilməsi barədə qərarın surətini əlavə edirəm.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, 122.4-cü maddəsinə əsasən, şikayət bilavasitə, yaxud hərəkətlərindən və ya qərarından şikayət edilən cinayət prosesini həyata keçirən orqan vasitəsilə verilir. Öz hərəkətlərindən və ya qərarlarından, yaxud başqa şəxslərin hərəkətlərindən və ya qərarlarından şikayət qəbul etmiş təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə, bu Məcəllənin digər müddətlər nəzərdə tutulmayıbsa, onu aldığı anadan təxirə salamadan 24 saat müddətində aidiyyəti üzrə baxılması üçün göndərməlidir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, 122.5-ci maddəsinə əsasən, cinayət prosesi iştirakçısının şikayətini təxirə salınmadan və hər bir halda cinayət prosesini həyata keçirən orqanın onu aldığı gündən 3 (üç) gündən gec olmayaraq baxılmalıdır. Cinayət prosesində iştirak edən digər şəxslərin şikayətlərinə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şikayətin alındığı gündən 15 (on beş) gündən gec olmayaraq baxılır. Bu Məcəllədə şikayətlərə baxılmasının digər müddətləridə nəzərdə tutula bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar