Gəncə Dövlət Universitetinin tələbələri Gəncənin icra başçısı Elmar Vəliyevə müraciət edib. Bu barədə anaxeber.info-a daxil olan məlumata görə, tələblər Elmar Vəliyevdən təhsil haqqını ödəyə bilmədiklərini, bu məsələdə onlara kömək edilməsini xahiş ediblər. İcra başçısı da Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifova tələbələrin problemini həll etməyi tapşırıb. Rektor isə nəinki problemi həll edib, əksinə Elmar Vəliyevə qarşı kampaniya təşkil edib. İddia olunur ki, rektor bəzi media qurumlarına maliyyə vəsaiti ayırararq Elmar Vəliyevin əleyhinə materiallar dərc etdirir. Məlumatda həmçinin qeyd olunur ki, rektor icra başçısına müraciət edən tələbələri də hədələyib.