Zakir Fərəcovun qohumlarından prezidentə şikayət olundu - TƏFƏRRÜATElçin Ağamalıyev Zakir Fərəcovun qohumlarından Prezidentə şikayət etdi.
Abşeron Rayon İcra Hakimiyyətinin MKTB rəisi Hüseyn Həsənov və Təmir Tikinti İdarəsinin rəisi Şəhriyar Əhmədov Mehdiabad qəsəbə sakini Elçin Ağamalıyevi aldadaraq əmlakını və pulunu mənimsəyiblər. Belə ki, hər iki vəzifəli şəxs görəcəyi təmir-tikinti işlərinin müqabilində ona Abşeron Rayon İcra Hakimiyyətinin hesabından lazımı miqdarda vəsait verəcəklərini vəd ediblər.
Şəhriyar Əhmədovun qeyri-adi təmir üsulları
Savash.org xəbər verir ki, bu barədə Strategiya.az-a Elçin Ağamalıyev məlumat verib. O, bildirib ki, bir ildən artıq vaxt keçməsinə baxmayaraq onun pulu ödənilməyib: “Abşeron Rayon İcra Hakimiyyətinin Təmir Tikinti İdarəsinin rəisi Şəhriyar Əhmədov 2013-cü il tarixdən köhnə beşmərtəbə və doqquzmərtəbə binaların bloklarının və giriş qəfəslərinin təmiri ilə bağlı mənimlə əməkdaşlığa başlayıb. Onlar mənə bildirdilər ki, görüləcək işlərin pulu Abşeron Rayon İcra Hakimiyyətinin hesabından ödəniləcək. Mən isə dövlət struktru ilə iş gördüyümü düşünərək şəxsi avtomobilini və digər əmlaklarını sataraq görülən işlərə xərclədim”.
Ümumi məbləği 91 min manatdan artıq olan borcun ödənilməsindən müxtəlif bəhanələrlə yayınan Ş.Əhmədov və H.Həsənov hər dəfə bunu İcra Hakimiyyətinin hesabında pulun olmaması ilə əlaqələndirilər. Hər iki şəxs büdcəyə pul köçürülən kimi görülmüş işlərin pullarının ödəniləcəyini bildirib. Lakin aylarla davam edən bu haldan narahat olduğum üçün Zakir Fərəcovla görüşdürülməsini xahiş etdim lakin həmin şəxslər bundan imtina edib: Briqada Hüseyn Həsənovun evində də işləyib “Biz 2014-cü ilin əvvəlində Hüseyn Həsənovla razılığa gələrək görülən işin müqabilində ona ticarət üçün yer ayırmasını təklif etmişdi. H.Həsənov Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan iki zirzəminin təmir edilməsi müqabilində həmin zirzəminlərdən birini mənim adıma keçirəcəyinə və ticarət obyekti kimi işlədəcəyinə söz vermişdi. Amma bu dəfə də məni aldatdılar”.
E.Ağamalıyev rəhbərlik etdiyi təmir-tikinti briqadasının H.Həsənovun Qubadakı şəxsi evində və bacısının evində də işlədiklərini deyib. Haraya və nə qədər xərclənib? Hər iki şəxslə görülmüş işlərin siyahısını sizə təqdim edirik: 1) Quba şəhərində Hüseyn Həsənova məxsus (“Panda” oteli yaxınlığında) 2 mərtəbəli villada təmir işləri - 1180 manat. 2) Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin təmir işləri - 5670 manat 3) Hüseyn Həsənova məxsus (Xırdalan dairəsində yerləşən) çayxananın təmiri - 1493 manat. 4) Xırdalan şəhəri 21-ci məhəllədə yerləşən Xeyir-şər evi - 2864 manat. 5) İcra Hakimiyyətinin işçisi Mirzə müəllimin evi - 200 manat. 6) Hüseyn Həsənovun bacısına məxsus şəxsi mənzilin təmiri və Seçki Məntəqəsi binasının dam örtüyünün və içərisinin təmiri – 3.270 manat. 7) Blokların təmiri – 66.580 manat. Cəmi görülən işlərin 91 min 857 manat dəyəri olduğunu deyən E.ağamalıyev bu məbləğin 49 min 900 manatının ödənildiyini, qalan 41 min 957 manatın isə hələ də “işbazların” əlində qaldığını bildirib:
“Əlavə olaraq H.Həsənovla razılaşdırılan qeyri-yaşayış sahəsinin təmiri üçün və digər işlərə görə E.Agamalıyevə 15 min 202 manat ödənilməlidir. Adıçəkilən iki şəxsin Elçin Ağamaliyevə borcunun ümumi məbləği 57 min 159 manat təşkil edir”. Elçina Ağamaliyev məmur özbaşınalığndan cənab Prezidentə müraciət etdiyini bildirib.