Məlum MTN olaylarından sonra hədəfə gələn deputat Nəriman Əliyev hazırda çox çətin günlərini yaşayır. Azerinews.org-a daxil olan məlumatlara görə, deputata məxsus “Ştutqart” mağazalar şəbəkəsi iflas həddindədirlər.
Belə ki, son devalvasiyadan sonra Nəriman Əliyevin avtomobil hissələri satan mağazalarında alver kifayət qədər zəifləyib. Bu səbəbdən deputat şəhərdəki bir-neçə mağazanı bağlayıb. Yaxın günlərdə ümumiyyətlə mağazalarının hamısını bağlayacağı da bizə çatan məlumatlar sırasındadır. Məlumatlı mənbənin sözlərinə görə, “Ştutqart” mağazalarını deputatın yaxın qohumları işlədir. İndiyə qədər Almaniyadan Azərbaycana avtomobil hissələri gətirən bu mağazalar kifayət qədər gəliri olub. Belə ki, maşın hissələrini ölkəyə idxal edən zaman gömrük rəsmiləşdirmələrindən yayınan “Ştutqart” mağazalar şəbəkəsinin gəlirinin böyük hissəsi Nəriman Əliyevi himayəsinə götürən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova verilirmiş. Eldar Mahmudovdan sonra himayəçisini itirən Nəriman Əliyev hazırda gömrük rəsmiləşdirmələrindən yayına bilmədyi üçün böyük ziyana düşdüyü deyilir. Bir digər məlumatda isə “Ştutqart” mağazalar şəbəkəsində hələdə Eldar Mahmudovun payı olduğu da bildirilir.
Deputat Nəriman Əliyev neçə “VERBOVKA” olundu: “Ştutqart” mağazalar şəbəkəsində Eldar Mahmudov GİZLİNLƏRİ
Qeyd edək ki, “Ştutqart”dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir. Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat olan Nəriman Əliyevi hamı daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar. Masallı rayonunda “Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olan Nəriman Əliyevin deputatlığa açılan yolu da MTN-dən keçib. Eldar Mahmudovun rəhbəbərlik etdiyi bandanın hədəfinə düşən Nəriman Əliyev qısa müddətdə “verbovka” olunur və sabiq MTN şefi üçün işləməyə başlayır. Məlumatlı mənbənin sözlərinə inansaq deyə bilərik ki, Nəriman Əliyevin İran üzərindən ermənilərlə ticarət əlaqələrini öyrənən Eldar Mahmudov dərhal hərəkətə keçərək, “iş adamı”nı MTN-nin təcridxanasına gətizdirir. Bundan sonra MTN şefinin şərtlərini qəbul edən Nəriman Əliyev Mahmudovun sadiq adamına çevrilir. Və deputatlığa yolu açılır. Biznesmen deputat kimi tanınan Nəriman Əliyevlə bağlı araşdırmalarımız davam edir.