Əsəd qəddar qardaşını istefaya göndərdi

21-03-2016, 09:56   


Əsəd qəddar qardaşını istefaya göndərdi
Bəşər Əsədin qardaşı Mahir Əsəd 4-cü ordu komandanlığından uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mahir Əsədin yerinə general Əli Mahmud gətirilib.

Qeyd edək ki, Mahir Əsəd həm də ölkənin kəşfiyyatına rəhbərlik edirdi. Qəddarlığı ilə ad çıxaran Əsəd ölkənin ikinci ən güclü şəxsi hesab edilir. Üstəlik, Qərbin Suriya qarşısında qoyduğu əsas tələblər sırasında Mahir Əsədin vəzifədən uzaqlaşdırılması da var. Məhz o, Suriyada dinc insanların öldürülməsində əsas günahkarlardan hesab edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar