Cəlilabaddan Kərəm Həsənova Novruz «payı» - təfsilat

21-03-2016, 10:04   

Cəlilabaddan Kərəm Həsənova Novruz «payı» - təfsilat
Təhsil Şöbəsinin müdiri hər direktordan komitə sədri üçün iki quzu və hindquşu yığır

Cəlilabadın təhsil şöbəsinin müdiri Elminaz Nadirova yeni yığım kampaniyasına başlayıb. Politika.Az xeberman.com-a istinadən xəbər verir ki, şöbə müdirinin yeni kampaniyası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun adına hesablanıb.

Məlumatda deyilir ki, xanım Nadirova orta məktəblərdən aylıq «xərac» toplamaqla yanaşı, Kərəm Həsənov üçün də ayrıca yığım işləri görür. Qeyd edilir ki, şöbə müdiri hər direktordan komitə sədrinə «Novruz payı» adı ilə iki quzu və bir ədəd hindquşu tələb edir.

Sayt xəbər verir ki, bu gün səhər saat 09:00-da Cəlilabadın «Baş» adlanan meydanından isə Kərəm Həsənova göndərilən «sovqat»ın yolasalma mərasimi keçirilib.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir politika.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.