«Avtoş»lardan haqq yığan «bala nazir» ləqəbli Anar Abdullayev kimdir?

25-03-2016, 19:18   


Gəncə DYPŞ-də «parol 38» rejimi tətbiq olundu, «avtoş»lar gözləyir
Gəncədə kim avtoxuliqanlıq etmək istəyirsə, bununla bağlı sadəcə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəis müavini, kapitan Ramin Şabanova müraciət edib, ayda 250 manat pul ödəmək kifayətdir. Yox, əgər peşəkar avtoxuliqansansa, 350 manat ödəməlisən.
Onu da bildirək ki, Ramin Şabanov Gəncə ŞBPİ-nin rəisi Faiq Şabanovun doğmaca qardaşı oğlu, həm də kürəkənidir.
Mötəbər mənbə bildirir ki, saytımızda dərc olunan yazı Gəncədə ciddi reaksiya doğurub. Yazının dərcindən sonra Gəncə DYPŞ-də rüşvətalma məsələsi müvəqqəti olaraq dondurulub. Hətta təşvişə düşən Ramin Şabanov maraqlı metoda əl atıb. Bu barədə bizimlə söhbətində adının çəkilməsini istəməyən Gəncə DYPŞ-in əməkdaşı bildirdi ki, şərti adı “parol 38” olan qaydaya görə rüşvətalma prosesində təhlükə hiss edən kimi “parol 38” işə düşür və xəbərdarlıq edir.
Apardığımız araşdırma zamanı məlum oldu ki, Gəncə DYPŞ-də Ramin Şabanovun Anar adlı sürücüsü var. Anar Gəncədə 20 -BO-010 dövlət nömrə nişanlı «Range Rover»də gəzir. Əslən gəncəli olan bu şəxs şəhərə yaxşı bələd olduğu üçün Ramin Şabanovu məlumatlandırır, həm də avtoxuliqanlardan pulu yığıb “ağa”sına çatdırır. Onu da bildirək ki, Anar Gəncədə həkim ailəsində böyüyüb, Texnoloqiya İnstitutunu bitirib, əsas işi dərman preparatlarının satışı və paylanması olub. Üstündə «taksi» işarəsi olan şəxsi «VAZ 2107»-si ilə dərman sataraq yaxşı pullar əldə edib. Hətta sonuncu dəfə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhərində keçirtdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb. Ancaq sonradan onun həkim valideyinlərinin işə müdaxiləsindən sonra o sərbəst buraxılıb. Sonra valideyinləri belə qərara qəliblərki Anarı polis sisteminə düzəltsinlər. Anar da hazırda Ramin Şababovun yanında özünü polis sistemində sınayır. Həm də Ramin Şabanovun təkcə sürücüsü kimi deyil, kassiri kimi də çalışır. Elə Gəncədəki avtoşlara da Anar xəbər verib ki, mətbuatda Gəncə DYPŞ ilə bağlı yazılar dərc olunduğu üçün “fövqəladə rejimə-patol 38”-ə keçmişik.
Hazırda Gəncədə «avtoş»ların dişi bağırsağını kəsir və “parol 38”-in ləğv olinacağı günü səbrsizliklə gözləyirlər.
Onu da qeyd edək ki, Gəncədə 20- BO -010 nömrəli «Range Rover» sürdüyünə görə Anara “Bala nazir” ləqəbi veriblər.

Qafqaz Xəbər Agentliyi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.