Metroda terror cəhdi, yoxsa?..

28-03-2016, 09:03   


Azərbaycanda insanların kütləvi toplaşdığı yerlərin təhlükəsizliyi necə qorunur?

İlham İsmayıl: «Metro və başqa obyektlərin mühafizəsi daha da gücləndirilməlidir»

Xəbər verildiyi kimi havalandırma sisteminin borusu ilə Bakı metrosuna daxil olmaq istəyən şəxs tutulub. Bakı metrosunda keçirilmiş əməliyyatla bağlı Daxili Işlər Nazirliyi (DIN) və Baş Prokurorluq birgə məlumat yayıb.


Adıçəkilən qurumlardan verilən məlumata görə,ÿ2016-cı il mart ayının 25-i saat 01.30 radələrindəÿ Daxili Işlər Nazirliyininÿ Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyənÿ Belarus vətəndaşı Ilyevskiy Sergey Timofeyeviç saxlanılıb.

Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, “Nikon” markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli “Sony” markalı videokamera götürülüb. S.Ilyevskinin üzərinə baxış nəticəsində onunÿTiflis,ÿIrəvanÿ metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb.

Avropa və Türkiyəni terror dalğası bürüdüyü bir zamanda baş verən hadisə maraq doğurur. Brüsseldə baş verən terrordan sonra AZAL bir sıra təhlükəsizlik tədbirləri görsə də, Azərbaycanda, xüsusilə paytaxt Bakıda insanların kütləvi toplaşdığı yerlərin mühafizəsi o qədər də yüksək səviyyədə təşkil olunmayıb. Şadlıq evlərinin, iri ticarət mərkəzlərinin bir çoxları mühafizə və təhlükəsizlik kameraları ilə təchiz edilməyib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, saxlanılan Belarus vətəndaşı ilə bağlı bir sıra şübhə yaradan məqamlar var. Onun Ermənistan və Gürcüstanda olandan sonra Azərbaycana keçməsinin də diqqət doğurmalı məqam olduğunu deyən I.Ismayıl vurğuladı ki, bunlar məsələnin ciddi araşdırılmasını tələb edir: “Biz demirik ki, Belarus vətəndaşı birmənalı olaraq terrorçudur. Indiki dövrdə Avropanın mərkəzində bir-birinin ardınca terror aktları törədilir. Ona görə metro və başqa obyektlərin mühafizəsi daha da gücləndirilməlidir. Xüsusi xidmət orqanları daha ayıq-sayıq olmalıdırlar. Xüsusi xidmət orqanları ilə asayişin qorunmasına cavabdeh olan orqanlar sıx əməkdaşlıq etməli, birgə təlimlər keçirməlidirlər”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar