“Fövqəlnazir”in komandasında MTN şəbəkəsi: Xain kimdir?

28-03-2016, 09:34   
“Fövqəlnazir”in komandasında MTN şəbəkəsi: Xain kimdir?

Eldar Mahmudov və onun komandasının görəvdən alınmasından xeyli zaman ötməsinə baxmayaraq bu məsələ hələ də medianın əsas mövzularındandır. Ölkənin demək olar ki, bütün sahələrənə nüfuz etmiş şəbəkənin yeni qolları və “gizli fiqurlar”ı tədricən ifşa olunmaqdadır. Bu dəfə ölkənin ən toxunulmaz və məğlubedilməz oliqarxı olan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov vvə onun komandasına sızmış “cəsus”lar haqda məlumatlar gündəmə gəlib. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən araşdırmalar zamanı topladığımız məlumatların təhlili də ortaya ciddi bir mənzərə çıxarıb.
MTN şəbəkəsi Kəmaləddin Heydərovun izində
Hər şeydən öncə onu bildirək ki, Eldar Mahmudovun işdən çıxarılmasındar sonra ortaya çıxan bir çox məlumatlar mahiyyət etibarı ilə MTN-də çalışan sabiq kəşfiyyatçıların təkcə öz işləri ilə deyil, həm də başqa işlərlə də məşğul olduqlarını ortaya çıxarıb. 37 gün ərzində gündəmə gətirilən məsələlərin əksəriyyətində əsas gücün daxilə hesablandığı, böyük pullar qazanmaq üçün kriminal dəstələr düzəldildiyi və digər mətləblərin üstü açıldı.eldarmtn
Sabiq MTN işçilərinin hədəfində əsasən yerli məmurlar, xüsusən də oliqarxlaşmış məmurlar olublar. Belə ki, ayrı-ayrı məmurlar haqqında dosye düzəldən «kəşfiyyatçılar» onların mal və mülkləri, gəlirləri, şirkətləri, habelə şəxsi həyatları ilə bağlı bütün kompromat materialları toplayıblar. Bu sırada Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun da olduğu verilən məlumatlar sırasındadır. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən araşdırmalar zamanı topladığımız məlumatlar arasında bildirilir ki, Heydərovla bağlı sabiq MTN-çilər hələ bir neçə il bundan əvvəl məlumat toplamağa başlayıblar.
“Fövqəlnazir”ə qarşı cəsus Gömrük Komitəsində tapılır
Bütün bunlarla bağlı yayılan məlumatlara görə, nazirin telefon danışıqlarından tutmuş, onun haqqında kənar mənbələrdən bilgilərin toplanılmasına qədər böyük bir proses həyata keçirilib. Məqsədin konkret olaraq nədən ibarət olduğu barədə az məlumatlı olduğunu bildirən mənbə qeyd edib ki, burada əsas ehtimal FHN şefi haqqında toplanan kompromatlardan özünə qarşı istifadə edilməsi olub. Bildirilir ki, Heydərovun hətta şəxsi həyatı haqqında da məlumatlar toplanılıb və yaxın gələcəkdə bu bilgilər vasitəsi ilə FHN rəhbərinə qarşı istifadə olunacaqmış. Lakin zaman azlığı buna imkan verməyib. Kəmaləddin Heydərov haqqında məlumatların toplanılması prosesində həmçinin Dövlət Gömrük Komitəsində çalışan rütbəli məmurlardan birinin də imkanlarından geniş istifadə olunub. gomrukİddialara görə, həmin şəxs Heydərovla yaxındır və bu gün də əlaqələri ən yüksək həddədir. Lakin sabiq MTN-çilər onu «tora» saldıqlarından bir xeyli müddət onlara işləmək məcburiyyətində qalıb. Həmin şəxs əsasən nazir haqqında gəlirlər məsələsində məlumatlar ötürüb və mülkləri barədə bilgi verib.
İlqar Əliyevlə ittifaqda olan gömrük generalı
Kəmaləddin Heydərovun komandasında MTN-ə bağlı “köstəbək” olması haqda məlumatların ardınca yayılan daha bir xəbər diqqəti bir şəxs üzərinə yönəldir. Söhbət Dövlət Gömrük Komitəsinin Aksiz Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilovdan gedir. Belə ki, cumhuriyyet az olaraq gömrük generalının MTN-nin ən qalmaqallı fiquru olan İlqar Əliyevlə bağlılığından bəhs edən məlumatı da olduğu kimi diqqətinizə çatdıraq: ” Göyçayda “Çərəkə Gölü” İstirahət Mərkəzi sovet dövründən fəaliyyət göstərib. Lakin 90-cı illərin əvvəllərində Göyçayda nüfuzlu kolxoz sədrlərindən biri olan Mustafa Əliyev adlı kolxoz sədri tərəfindən özəlləşdirilib. Sonradan bu istirahət mərkəzi çox imkanlı şəxslərin diqqətini çəkməyə başlayır və nəticədə narazılıqlar yaranır. Mustafa Əliyev işin çətinə düşəcəyini, sonradan başının ağrıyacağını təxmin edərək, gölü satmaq qərarına gəlir və ona kənar birinə də vermək istəmir. Bu zaman Ehtiram Xəlilov obyektə müştəri düşür. rrXəlilov bu alqı-satqının nəticəsi olaraq iki şeyə vəd verir: Birincisi, obyektin işlədilməsi Əliyevlər ailəsinin ixtiyarına buraxılır; İkincisi isə Mustafa Əliyevin oğlanlarından birinə dövlət qurumlarında şərait yaradılır. Həmin vaxt Mustafa Əliyevin oğlu İlqar Əliyev MTN-də bölmə rəisi kimi çılışdığından bütün imkanlar onun yüksəldilməsinə sərf olunur. Gömrük generalı nüfuzundan istifadə edərək Eldar Mahmudovdan ona şərait yaradılmasını istəyir. Və İlqar Əliyev qısa müddətdə şöbə rəisinin müavini, şöbə rəisi, nəhayət, idarə rəisinin müavini təyinatları alır. Bu həmin İlqar Əliyevdir ki, MTN olayı zamanı həbs olunmuşdu. Bir müddət həbsxanada qalaraq, orada intihar etmişdi. Ehtiram Xəlilov verdiyi birinci vədinə indi də sadiq qalıb. «Çərəkə Gölü» İstirahət Mərkəzi hazırda onun qudası tərəfindən deyil, məhz İlqar Əliyevin qardaşı tərəfindən idarə olunur. Elə gömrük generalının Sumqayıt Gömrük İdarəsindən işdən çıxarılmasının əsl səbəbi də məhz bu amillər olur. Heç şübhəsiz E.Xəlilovun vəzifə himayədarı olan İ.Əliyev bunndan qarşılıq görməmiş olmayıb və bu ehtimal “Fövqəlnazir”ə qarşı daxili cəsus şəbəkəsi haqda müəyyən təəssüratlar yaradır.
İlqar Əliyevin patronajlığının böyük çevrəsi
Ehtiram Xəlilovun faktiki olaraq heç bir klana bağlı olmadan və yüksək hakimiyyət dairələrində yaxın adamı olmadan uzun illər rəis olması və gömrük xidməti general mayoru rütbəsi alması onun İlqar Əliyevin çətirindən nə qədər bəhrələnməsinin göstəricisi sayıla bilər. Bu isə Kəmaləddin Heydərova və demək həmdə onun bütün komandasına bəlli bir həqiqət olub. Əks halda E.Xəlilov bu qədər böyük gücə və təsirə malik ola bilməzdi. Ehtiram Xəlilovun yeganə övladının toy mərasimində Kəmaləddin Heydərovun ailəvi şəkildə iştirak etməsi də bunun göstəricisidir. Halbuki bundan əvvəl belə hallara rast gəlinməyib. Kəmaləddin Heydərov hətta Enerji Gömrük İdarəsinin rəisi Vaqif rrİbrahimovun qardaşının toyunda da iştirak etməyib. Ancaq Ehtiram Xəlilovun yeganə övladının toyunda ailəvi şəkildə iştirak edib. Ümumiyyətlə Kəmaləddin Heydərovun ailəvi şəkildə məmur toylarında iştirak etməsi az-az hallarda müşahidə olunur. Ehtiram Xəlilovun övladının toyunda Kəmaləddin Heydərov yalnız ailəvi şəkildə iştirak etməyib. Bu toya “fövqəlnazir”in komandasına mənsub olduqları iddia edilən nazir, komitə sədrləri, icra başçısıları və iş adamları da qatılıblar. Kəmaləddin Heydərovla quda olduğu söylənilən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev toya ailəvi şəkildə qatılıb. Toya qatılanlardan biri iddia edirmiş ki, hələ bu günə kimi belə yüksək səviyyədə toy görməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.