Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun tender maxinasiyaları barədə anaxeber.info-a ilginc məlumatlar daxil olub. Məlumatda deyilir ki, 2014-cü ildə 13 tenderin ümumi qiyməti 1 016 915 manatdır. Bu əvvəlki illərdən, yəni Yusif Yusibovun rektor olmadığı illərdən 5.77 dəfə çoxdur. Məlumata görə,
625 514 manat təmir, 90 977 manat abadlıq, 76 700 manat avadanlıq, 74 680 manat inventar, 44 850 manat mətbəə, 41 791 manat dəftərxana, 37 900 manat nəqliyyat vasitəsinin alınması, 24 503 manat da "sair xərclər" aparıb. Əvvəlki illər universitetin heç bir tenderini qazanmayan, dolayısıyla yüksək çinli məmurlardan birinə aid olduğu deyilən "İnstal-Servis" MMC əsaslı təmir işlərini 527 049 manata aparıb. 2015-ci ilin 6 ayı üzrə GDU-da ümumi dəyəri 1 882 199 manat olan 15 satınalmaya dair məlumat var. Bu da əvvəli rektorun xərclədiyindən 10,68 dəfə çoxdur. Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1 421 294 manatlıq təmir işi "İlqar-MR" MMC-yə həvalə olunub. Bu firmanın da adı şübhəli tenderlərin siyahısındadır. Keçən il üç dəfə, ümumilikdə 1 517 179 manat dəyərində təmir aparılıb, 25 min manata da layihə-smeta işləri görülüb. 68 217 manat inventar, 48 156 manat avadanlıq, 48 729 abadlıq, 34 652 manat dəftərxana və təsərrüfat malları, 23 000 manat mətbəə, 17 000 manat nəqliyyat vasitəsinə sərf olunub, dörd dəfə də "digər xərclər" altında 100 266 manat istifadə edilib. İddialara görə, bu xərclərin hamısı şişirdilib. Digər tərəfdən tenderi "udan" şirkətlərlə də "bazarlıq" edilib