“Artıq 3 gündür ki, rayona qaz verilmir. Qalmışıq Allah ümidinə. Elə bil camaatın qəsdinə durublar, havalar soyuyan kimi qazı kəsirlər” – bunu rayondan zəng vuran Sabirabad sakini deyir.
Onun sözlərinə görə, rayona qaz verilişi bərpa ediləndən sonra sakinlər nisbətən rahat nəfəs ala bilib. Artıq qışa yanacaq, odun tədarükü görməyiblər, ancaq indi bu ehtiyatsızlıqdan peşmandılar. Bu il neçə dəfə qazsız qalıb qışın “dadını” çıxarıblar. Indi daha bir qorxuları var, TANAR işə düşəndən sonra, deyəsən, biryolluq qazdan gözlərini çəkəcəklər. “Gürcüstanı, erməni kilsələrini qazla təmin edən Azərbaycan hakimiyyəti burdan-bura öz vətəndaşlarını soyuqdan dondurur. Ilham Əliyevə əlimiz çatmır, sözümüzü eşidən yoxdur; nə burda, nə də yuxarılarda”- deyə rayon sakini şikayətlənir.