Risale-İ nur nədir, necə bir təfsirdir?

2-04-2016, 10:04   

Quranın həqiqətlərini müsbət elm anlayışına uyğun bir tərzdə izah və isbat edən Risale-i Nur Külliyatında, hər insanın zehnini məşğul edən və müasir dövr insanlarının da əlaqəsiz qala bilməyəcəyi,

-“Mən nəyəm? Haradan gəlirəm? Hara gedəcəyəm? Bu dünyadaki vəzifəm nədir?” suallarına qane edici açıqlamalar gətirilməkdə;

-başda Allaha iman olmaq üzrə bütün iman əsasları izah və isbat edilməkdə;

-bu mövzularda fənn və fəlsəfə adına ortaya qoyulan şübhə və suallar qane edici bir üslubla cavablandırılmaqda;

-elmlə dinin uzlaşmazlığı yolundakı iddialar geri çevrilərək, elmə din adına sahib çıxılmaqda;

-İslamı ekstremizm və terrorizm adıyla ləkələndirmək məqsədi ilə girişilən təhrifatçı təxrib təşəbbüsləri boşa çıxarılmaqda;

-materyalizm anlayışına söykənən mədəniyyətin insanlığı sürüklədikləri mənəvi böhranlar, Quranın “tövhid” və “yenidən dirilmək” kimi geniş həqiqətlərinə dair ağlı doyuran, ruhu oxşayan, qəlbi tətmin edən izahlarla müalicə edilməkdə;

-ruhun və qəlbin çalışmamasından doğan sıxıntıların sürüklədiyi zövq, əyləncə və harama düşkünlük və başıpozuqluq halı, Quran mesajı ilə ortadan qaldırılmaqdadır.

20-ci əsrin Quran fəlsəfəsi olan bu əsərlər, bir tərəfdə fənn və sənət olaraq maddiyatı, digər tərəfdən iman və əxlaq olaraq mənəviyyatı özündə əks etdirən İslam mədəniyyətinin sadəcə maddiyata dayanan sair mədəniyyətləri geridə qoyacağını da isbat və elan etməkdədir.



Təfsir iki qisimdir.

Birisi: Məlum təfsirlərdir ki, Quranın kəlimə və cümlələrinin mənalarını bəyan və izah və isbat edirlər.

İkinci qisim təfsir isə: Quranın imani olan həqiqətlərini qüvvətli dəlillərlə bəyan, izah və isbat etməkdir.

Bu ikinci qismin çox əhəmiyyəti var. Məlum təfsirlər, bu qismi bəzən qısa bir tərzdə dərc edirlər; fəqət Risale-i Nur, birbaşa, bu ikinci qismi əsas tutmuş, misilsiz bir tərzdə ən inadkar filosofları da susduran bir mənəvi təfsirdir. Məsələn:

Risale-i Nur külliyatının, Sözlər kitabının Birinci Sözü Bismillahın insana həqiqi kimliyini verdiyini, onu dünyada Yaradıcının bir müfəttişi məqamına yüksəltdiyini, bu mənəvi bağ ilə insanı sonsuz qüdrət sahibinə bağlayaraq ona böyük bir enerji qaynağı və şəxsi gücündən minlərcə dəfə böyük bir güc qazandırdığını, kainatı şənləndirən və bütün məxluqları insana yardımçı edən sirrin rəhmət olduğunu;

hər bir zərrənin Bismillah deyərək Allah hesabına hərəkət etdiyini, qoyun, inək kimi heyvanların da Bismillah deyərək rəhmət xəzinəsindən bir süd çeşməsi halına gəldiklərini, bir yarpağın Bismillah deyərək aylarca qızmar günəş altında yaşıl qala bildiyini, bağların Bismillah deyərək hədsiz tərəvəz və meyvələri içində bişirdiyini, kainatı dolduran rəhmətə qovuşmanın yolunun “Aləmlərə rəhmət” olan Həzrəti Peyğəmbərin (a.s.m) tərbiyəsinə girmək olduğunu anladır.

Bu mövzuda verilə biləcək çox sayda nümunələrdən biri də “Birinci Lema”dır. Hz. Yunusun (a.s) dənizdə balıq tərəfindən udulması zahiri bir hadisədir. Bədiüzzaman, bu həqiqətdən hərəkət edərək hər birimizin ondan daha müşkül vəziyyətdə olduğumuzu, balığın onu udduğu kimi nəfsimizin də bizi udub həbs etdiyini, dalğalı dünya dənizində boğulmamaq üçün, Hz.Yunus kimi tam bir təslimiyyətlə Rəbbimizə sığınmamız gərəkdiyini gözəlcə anladaraq bu qissəni necə oxumağımız lazım gəldiyini bildirir.

Risale-i Nur subyektiv nəzəriyyə və mütaliələrdən uzaq bir şəkildə, hər əsirdə milyonlarca insana rəhbərlik edən müqəddəs kitabımız olan Quranın həqiqətlərini ağla uyğun şəkildə izah edib, bəşəriyyətin istifadəsinə verilən bir külliyyatdır.

Risale-i Nur... isbat edir!

Ağla gələn bütün məsələləri... Zərrədən günəşə qədər iman mərtəbələrini... Allahın təkliyini... peyğəmbərlərin həqiqətini... İsbat edir!... Yer və Səmavatın təbəqələrindən, mələk və ruh bəhsindən, zamanın həqiqətindən, yenidən dirilmək və Axirət həqiqətindən, Cənnət və Cəhənnəmin varlığından, ölümün əsl mahiyyətindən, əbədi səadət və sıxıntının mənbəyinə qədər... Ağla gələn və gəlməyən bütün imani məsələləri ən qəti dəlillərlə əqli, məntiqi, elmi isbat edir... Riyazi məsələlərdən daha qəti dəlillərlə ağlı və qəlbi qane edib, sualları cavablandıran bir şahəsər...

Rasim Nuri
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar