Rusiyadan Qarabağdakı gərginliyə - Reaksiya (Yenilənib)

2-04-2016, 15:01   
Rusiyadan Qarabağdakı gərginliyə - Reaksiya (Yenilənib)
Rəsmi Moskva Dağlıq Qarabağda münaqişə tərəflərini zorakılıqdan dərhal imtina etməyə çağırır.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Tərəfləri təmkinli olmağa, hər hansı zorakılıqdan dərhal imtina etməyə çağırırıq”, -deyə Zaxarova münaqişə zonasında vəziyyətin gərginləşməsini şərh edərkən bildirib. Zaxarova həmçinin vurğulayıb ki, Rusiya tərəfdaşları ilə – ATƏT-in Minsk qrupu həmsədrləri ilə məsləhətləşmələrə başlayıb. O qeyd edib ki, Rusiya XİN-i vəziyyətin gedişatını izləyir.


***
11:28

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı gərginliyə münasibət bildirib.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, son günlər regionda vəziyyətin gərginləşməsinə dair məlumatlar gəlir: “Biz Dağlıq Qarbağda bağlı daxil olan məlumatları diqqətlə araşdırırıq”.

Aydan AXUNDOVA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar