Rusiya müdafiə naziri Zakir Həsənov və Seyran Ohanyanla təcili danışıqlara başladı

2-04-2016, 15:08   
Rusiya müdafiə naziri Zakir Həsənov və Seyran Ohanyanla təcili danışıqlara başladı
Rusiya müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə təcili danışıqlar aparıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Şoyqu prezident Putinin göstərişi ilə müdafiə nazirlərinə zəng vurub və Qarabağda bu gün səhərdən başlayan irimiqyaslı döyüş əməliyyatları ilə bağlı vəziyyəti müzakirə edib.

Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanata əsasən Sergey Şoyqu Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə “münaqişə znasında vəziyyətin stabilləşdirilməsinə yönələn təxirəsalınmaz addımlar” barədə danışıqlar aparıb.

“Rusiya Müdafiə Nazirliyinə daxil olmuş məlumata əsasən aprelin 1-dən 2-nə keçən gecə Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi baş verib. Bu region Rusiya Federasiyasının Müdafiə Nazirliyinin daimi diqqət mərkəzindədir”-məlumatda deyilir.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar