Sosial şəbəkələrin erməni seqmentində qondarma «DQR»in müdafiə naziri Levon Mnatsakanyanın Ermənistanın müdafiə naziri Seyran Ohanyana ünvanladığı məktubu üzə çıxıb.
Məktubda deyilir ki, aprelin 2-nə keçən gecə münaqişənin kəskinləşməsi nəticəsində Əckəran, Ağdərə və Xocavənd rayonlarının sakinləri evlərini tərk edir və Yerevana üz tuturlar.
Əhalinin axınının qarşısını almaq üçün Əskəran şəhərinin çıxışında postlar qurulub.
Bundan əlavə, separatçıların «müdafiə naziri» əsgərlərin ruhlarının aşağı düşməsindən və fərarilik hallarının artmasından şikayət edib. Fərarilər tutulduqdan sonra güclə döyüş mövqelərinə qaytarılırlar.
«Kəndlərdən sakinlərin axınının qarşısını almaq üçün profilaktik tədbirlər görülür. Həmçinin hərbçilərin ruh səviyyəsinin yüksəldilməsi üzrə iş aparılır», - məktubda belə deyilir.