Ziya Məmmədovun ortağı ilə bağlı ilginc məlumat
Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı Qulam Ələkbərovun ikili vətəndaşlığı hakim düşərgədə ciddi rezonans doğurub. Daxil olan məlumata görə, həm Azərbaycan Respublikasının, həm də Ukraynanın vətəndaşlığını alan və xaricdə böyük biznes şəbəkəsi olan Qulam Ələkbərovla bağlı hüquq-mühafizə orqanları yaxın zamanlarda araşdırmaya başlayacaq.
Onun Azərbaycan Respublikasının Konstitusiyasını pozması və qanunlarımıza sayğısızlığı yuxarı dairələrdə də ciddi narazılıq yaradıb. Bundan başqa, Ələkbərovun nazirin kadr siyasətinə nəzarət etdiyi də üzə çıxıb və ciddi qalmaqal yaradıb. Hətta vəziyyət o həddə çatıb ki, problem Ziya Məmmədovla Qulam Ələkbərov arasında da gərginliyə səbəb olub.
Vətəninfo.az-ın redaksiyasına daxil olan məlumata görə, Ziya Məmmədov və Qulam Ələkbərov erməni iş adamı olan Eduard Bagdadsaryanla biznes əlaqələri var imiş. Belə ki, Ukraynayada binaların tikintisini məhz bu üç şəxs aralarında bağlanmış rəsmi sənədlərə əsasən icra edirmişlər. Məlumatda qeyd olunur ki, Ziya Məmmədovun Ukraynayada bir neçə erməni əsilli iş adamları ilə biznes əlaqələri olmaqla yanaşı onlara yüksək səviyyədə şəraitin yaradılmasını məhz Azərbaycanlı nazir təşkil edib.