Zakir Fərəcov Müqayis Verdiyevin əli ilə pul silir

9-04-2016, 08:56   
Zakir Fərəcov Müqayis Verdiyevin əli ilə pul silir


Daha əvvəl dələduzluğa görə tutulan iş adamı Müqayis Verdiyevin icra başçısının qudası Akif Zeynalovla 16 milyonluq son əməliyyatı



Sumqayıtın abadlaşdırılması üçün prezident tərəfindən ayrılan büdcə vəsaitinin talyei qaranlıqdır

Prezident İlham Əliyev Zakir Fərəcovu Sumqayıt şəhərinə icra başçısı təyin etdikdən sonra şəhərdə xeyli dəyişikliklərə, yeniliklərə start verilib. Ancaq Zakir Fərəcov da digər həmkarlarından fərqlənməyərək prezidentin ona olan inamından istifadə edərək Sumqayıt şəhərini büdcə pullarını silmək üçün poliqona çevirib. Bunun üçün Sumqayıtın icra başçısı abad yerləri dağıdaraq yenidən “abalaşdırmağa” start verib.

AzFakt.com-a Sumqayıtdan daxil olan məlumata görə, icra başçısı şəhərdəki bütün təmir-tikinti işlərini qudası Akif Zeynalova tapşırıb. Ancaq icra başçısının Sumqayıt şəhərindəki tikinti işlərində Akif Zeynalovla bərabər digər bir ilginc iş adamının adı da keçir. Saytımıza məlumat verən mənbə qeyd edir ki, Zakir Fərəcovun Sumqayıtda tikinti-təmir işlərindəki ortağı, bir müddət əvvələdək həbsxana həyatı yaşamış, o zamanlar medianın gündəmində olan goranboylu iş adamı Müqayis Verdiyevdir. Bildirək ki, Müqayis Verdiyev bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə ) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilmişdi. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 09 sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.

İnformasiya mənbəmiz iddia edir ki, həbsdən azad olunduqdan sonra Müqayis Verdiyev Sumqayıt şəhərində təmir-tikinti işlərinə girişb. Onun bu şəhərdəki pul silmə əməliyyatında önəmli rol almasında isə Zakir Fərəcovun qudası Akif Zeynalovun böyük xidməti olub. Belə ki, iş adamı ilə Zakir Fərəcovun yaxından tanış olmasında vasitəçi şəxs məhz Akif Zeynalov olub.

Xatırldaq ki, bir müddət əvvəl mətbuat yazmışdı ki, Z.Fərəcov Sumqayıtı qeyri-rəsmi olaraq qudası Akif Zeynalovun ixtiyarına verib. İndi A.Zeynalov bu şəhərdə əməlli-başlı at oynadır. Qudaların indi əsas qazanc mənbələrindən biri məhz Sumqayıtın abadlaşdırılmasına ayrılan dövlət vəsaitinin mənimsənilməsidir. Qudalar abadlaşdırlma adı altında pul silinməsini əvvəllər dövlət vəsaitlərinin mənimsənilməsində böyük təcrübəsi olan M.Verdiyevə həvalə ediblər.

Qeyd edək ki, adı daha əvvəllər mətbuatın gündəmindən düşməyən və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi ittihamı ilə həbs olunan bir iş adamının Zakir Fərəcov və qudası tərəfindən Sumqayıt şəhərində təmir-tikinti işlərinə ortaq edilməsi maraqlı məsələdir. Çünki Müqayis Verdiyev daha çox böyük talançılığı ilə yadda qalan layihələrin iştirakçısı olub. Maraqlıdır ki, Sumqayıtda peyda olan Müqayis Verdiyevin daha əvvələr Goranboy və İmişli rayon icra hakimiyyətləri ilə ciddi problemləri ortaya çıxmışdı və bu problemlər üzündən də iş adamı həbsə atılmışdı.
Qeyd edək ki, Prezident İlham Əliyev 13 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 3 mart 2016-cı ildə isə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9,0 (doqquz) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon (altı milyon beş yüz min) manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılması ilə bağlı sərəncam verib.

Sumqayıtdan AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, artıq bu vəsaitlərin bir hissəsi nağdlaşdırılaraq mənimsənilib. Buna adi bir sübut olaraq bir neçə ay əvvəl 3 minlik avtomobildə gəzən Müqayis Verdiyevin hazırda 120 min manatlıq avtomobildə gəzdiyini də misal göstərmək olar.

P.S. Müqayis Verdiyevin Sumqayıt macəraları barədə geniş araşdırma yazımızı ən qısa zamanda təqdim ediləcək..
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.