Gömrük generalının villa işində şok gəlişmə
Dövlət Gömrük Komitəsinin sədr müavini, general-leytenant Əsgər Abdullayevin imarətinin üzə çıxması səs-küyə səbəb olub.
ANAXEER.az vizual.az-a istinadla xəbər verir ki, Şağan qəsəbəsində 10 milyonluq malikanə tikdirməsi fövqəladə hallar naziri, DGK-nə qeyri-rəsmi kuratorluq edən Kəmaləddin Heydərovun nəzərindən yayınmayıb.
Generalın villasının fotoları yayımlandıqdan sonra nazir ona qəzəblənib. Ölkədə müharibənin getdiyi, cəbhə xəttində şəhidlər verdiyimiz bir vaxtda Ə.Abdullayevin dəbdəbəli sarayı media səhifələrində üzə çıxmaqla generalın işini çətinə salıb.
Qeyd edək ki, prezident Gül bayramının ləğvi barədə göstəriş verib, ölkə rəhbərliyinin bütün diqqəti ordudadır, gömrük generalı isə Şağanda 10 milyonluq villa tikdirir. Təbii ki, aldığı aylıq maaşa yox...
Arqument.az yazmışdı ki, təkcə torpağa 1.5 milyon manat xərcləyən general Abdullayev malikanənin dizayn və layihəsini Dubay Əmirliyində hazırlatdıraraq 300 min manatdan artıq vəsait xərcləyib.
Qeyd olunur ki, malikanənin ümümi ərazisi 4200 kvadratmetrdir. Bir çox müasir memarlıq üslubunu özündə birləşdirən malikanə əsasən 3 mərtəbədən ibarətdir. Malikanənin baş tərəfində ucalan qış qülləsi isə 5 mərtəbədir. Burada istifadə olunan kafel və metlaxlar Yunanıstandan gətirilib.
Məlumatda o da vurğulanır ki, malikanənin fasad hissəsinə istifadə olunan ağlay üzlüyə ümumilikdə 250 min manat xərclənib: "Qarşısındakı 200 kvadrat metrlik hovuz və fəvvarələrə isə 100 min manat civarında xərc çəkilib. Malikanənin pəncərə və oval vitrajın şüşələri Türkiyə istehsalıdır. Qeyd edək ki, bu oval şüşələrin kvadrat metri montajla birlikdə 400-600 manat arasıdır".
Gömrük Komitəsindən isə deyilib ki, qurumun rəsmi email poçtuna sorğu göndərilməlidir, qarşı tərəf də məsələyə münasibət bildirsin. Bundan sonra, yəni 9 mart 2016-cı il tarixdə Dövlət Gömrük Komitəsinin rəsmi email ünvanına (
[email protected]) və general Əsgər Abdullayevin şəxsi emailinə (
[email protected]) sorğu göndərilib.
Komitədən bildirilib ki, qarşı tərəfin 15 gün müddətində sorğuya cavab vermək hüququ var. Lakin 15 gündən artıq vaxt keçsə də, sorğuya cavab verilməyib. Qarşı tərəfi dinləməyə hazırıq.