Deputatı "MTN işi" ilə əlaqədar istintaqa cəlb ediblər... - Təkcə mandatı təhlükədə deyil...

13-04-2016, 09:47   
Deputatı "MTN işi" ilə əlaqədar istintaqa cəlb ediblər... - Təkcə mandatı təhlükədə deyil...

70 saylı Masallı şəhər seçki dairəsindən deputat Nəriman Əliyevin başı cəncəldədir. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən informasiya daxil olub.

Verilən xəbərə görə, millət vəkili hazırda istintaq dövrünü keçən məlum qalmaqallı "MTN işi" ilə əlaqədar dindirilib. Mənbənin dia.az-a söylədikləri: "Deputatın adı hələlik şahid kimi keçir. Amma bu şahidlik hər an "ittiham olunan" ünvanı ilə dəyişə bilər".

Mənbənin dediyinə görə, Nəriman Əliyev MTN-dəki kriminal dairələrlə sıx bağlı olub: "İndi də bu bağlılığın hesabı sorulur. Bu əlaqələr hesabına nələr əldə olunub - bu fakt araşdırılır. Əgər zərurət yaranarsa, deputatın mandatının əlindən alınması da gündəmə gələ bilər".
0





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.