Komitə sədri təkcə Lənkəranda iki əraziyə 5 milyon dollar qiymət qoyub
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun adı artıq gündəmi zəbt edib. Sabiq MTN şefi Eldar Mahmudovun işdən çıxarılmasından sonra bütün çirkli çamaşırları üzə çıxan Həsənovun, bu dəfə adı başqa bir qalmaqa qarışıb.
Politika.Az xəbər verir ki, Eldar Mahmudovla geniş biznes əlaqəsi olan, habelə «Azinko» tikinti şirkətindəki şərikli işləri bu gün də mövcuddur. Lakin komitə sədri sabiq naziri oyundan kənarlaşdıraraq, onun bu sahəyə qoyduğu kapitalına da yiyələnib.
Məlumatlarda vurğulanır ki, Kərəm Həsənovun adının qarışdığı qalmaqa isə sovet dövründən qalmış əmlak və ərazilərin satışı ilə bağlıdır. Politika.az məlumat verir ki, Cənub bölgəsində böyük imkanlara sahib olan komitə sədri bu rayonlarda satmadığı obyekt və ərazi qoymayıb. Son günlər isə devalivasiyanı bəhanə edərək qiymətləri iki dəfə qaldırıb.
Məsələn, təkcə Lənkəran şəhərində sovet dövründən qalmış avtobazanın həyəti artıq satılıb. 2,3 hektarlıq ərazini 460 min dollara «Cənub» MTK-ya satan Həsənov, orada tikiləcək binalardan bir neçəsini də indidən behləyib. Daha doğrusu, pulsuz-parasız alıb.
Amma komitə sədrinin Lənkəran məcaraları bununla bitmir. Politika.Az dəqiqləşdirib ki, Lənkəran Mebel Fabrikinin ərazisi də satışa çıxarılıb. Kərəm Həsənov tərəfindən 6 hektarlıq sahənin satışı isə heç də ucuza başa gəlməyəcək. Çünki komitə sədri bu əraziyə 4 milyon dollar qiymət qoyub. Səbəbi isə keçmiş Mebel Fabrikinin əlverişli ərazini tutması və dənizə yaxın olmasıdır. Yəni, Kərəm Həsənov bu ərazilərin müştərisiz qalmayacağını yaxşı bildiyindən qiymətləri qaldırıb.
Qeyd edək ki, sözügedən şəxsin Cəlilabadda satmadığı obyekt qalmayıb. Yəni, bu rayonda «dişə vurulacaq» bir çöp belə saxlanılmayıb. Masallı, Yardımlı, Lerik və Astarada da analoji durum yaşanır. Bu rayonlar da Kərəm Həsənov tərəfindən talan edilib. Yerdə qalan «xırda-mırda» işlərin isə qiymətləri şişirdilib ki, alan olarsa, daha yaxşı pul qazana bilsinlər.
Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir
Politika.Az