Vəliyev-Mustafayev cütlüyünün Gəncə sərgüzəştləri
İki icra başçısı ölkənin ikinci paytaxtında satmadıqları torpaq qoymayıblar, hətta əlində sənədi olan şəxslərin də toopaqlarını qanunsuz olaraq başqalarına satıblar
Gəncənin icra başcısı Elmar Vəliyev və onun sınanmış “torpaq dəllalı”, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin keçmış başcısı Məharət Mustafayev cütlüyünün çoxsaylı dələduzluqları silsiləsindən.
Bu şəkildə eyni ərazinin müxtəlif vaxtlarda peykdən çəkilmiş fotolarını görə bilərsiniz. Birinci şəkil Elmar Vəliyein Gəncəyə gəlişindən əvvəl şəkilib və diqqətlə baxsaniz orada kiçik bir meşəlik və yaşıllıq zonası görə bilərsiniz. İkinci şəkildə isə artıq Vəliyev-Mustafayev cütlüyünün fəaliyyətinin acınacaqlı nəticələrini görmək olar ki, artıq ağaclar kökündən məhv edilib, yerləri isə tikinti üçün satılıb.
Ümumiyyətlə Elmar Vəliyevin Gəncəyə təyin olunan vaxtdan bu günə kimi şəhərin müxtəlif yerlərində qiyməti on milyonlarla ölçülən hektarlarla torpaq sahələrinin qeyri-qanuni satışını təşkil etməsi faktı Gəncədə heç kəs üçün sirr deyil.
Bir sotunun qiyməti 1000 manatdan 5000 manatadək satılan bu torpaq sahələrinin əksəriyyəti Nizami RİH-nin keçmiş başcısı, bir müddət bundan öncə Prezidentin sərəncamı ilə işindən qovulan və haqqında cinayət işi açılan Məharət Mustafayevin vasitəsi ilə mənimsənilib.
Demək olar ki, bütün hallarda ya çoxillik ağaclar olan yaşıllıq əraziləri məhv edilərək, yaxud da ki, torpaq sahələrinin qanuni sahiblərinin xəbərləri belə olmadan, mülkiyyət hüquqları kobud şəkildə pozularaq qeyri-qanuni şəkildə başqa vətəndaşlara satılıb.
Bu cütlüyün Yevlaxda sınaqdan keçirərək Gəncədə geniş şəkildə bəhrələndiyi torpaq dələduzluğun sınanmış mexanizmi haqda bilgi verək.
Xeyr, siz indi yeni “dahiyanə” maxinasiya növü ilə tanış olmayacaqsınız! Çünki bu məmurlar, öz mahiyyətlərinə uyğun olaraq həyasızlıq və zorakılıq üzərində qurulmuş primitiv bir metodlardan istifadə edirlər.
Deməli, bu cütlük ilkin olaraq Gəncənin müxtəlif ərazilərində yerləşən boş torpaq sahələri araşdıırıb tapırlar.
Sonra mülkiyyət hüqünun subyektindən və administrativ ərazi bölgüsünə baxılmadan(bir çox hallarda bu torpaqlar Göy-göl və Daşkəsən rayonlarına aid olub) həmin torpaqlar operativ şəkildə 4 və ya 6 sotluq sahələrə bölünərək vətəndaşlara qeyri-qanuni yollarla satılır.
Sotuna 4000 manatdan 20000 manatadək pul aldıqları halda, əvəzində vətəndaşlara yalnız Nizami RİH tərəfindən qeyri-qanuni bir kağız parçası- tikinti üçün sərəncam verilib, hansı ki, üzərində nə yerin adı, nə də torpaq sahəsinin yerləşmə sxemi göstərilməyib.
Çünki, torpağın qanuni sənədləri başqa insanın adına olduğundan qanunla nəzərdə tutulmuş sənədlər paketinin verilməsi mümkün deyil.
Burda sözsüz ki, torpaq alan vətəndaşların da savadsızlığını və məsuliyyətsizliyini qeyd etmək lazımdır. Çünki sonunda əksər hallarda onlar özləri həm maddi, həm də mənəvi zərər çəkərək, öz məsuliyyətsizliklərinin bədəlini ödəməli olurlar.
Lakin, sözsüz ki, əsas məsuliyyət, özü də birmənalı olaraq cinayət məsuliyyəti bu torpaqlara saxta sərəncamlar verən Məharət Mustafayev və ona havadarlıq edən Elmar Vəliyevin üzərinə düşür!
Bəs soruşa bilərsiniz ki, bu torpaqlarla bağlı sonralar nə baş verir?
Əksər hallarda torpaq alan vətəndaşlar həmin sahələrdə ev tikməyə başlayırlar. Lakin, qanuni mülkiyyətçılər verilən sərəncamların və müvafiq olaraq aparılan tikintinin qeyri-qanuni olması iddiasıyla məhkəmələrə müraciət edir və əksər hallarda illərlə dartışmalardan sonra öz xeyirlərinə məhkəmə qərarları alırlar. Lakin, bu da son olmur, çünki qeyri-qanuni sərəncamlarla evlər tikən vətəndaşlar da bu qərarlardan şikayət verirlər və nəticədə adi vətəndaşlar illərlə məhkəmə çəkişmələri və çoxsaylı problemlərlə üzləşirlər.
Ancaq bu qanunsuzluqların əsl səbəbkarları-Məharət Müstafayev və Elmar Vəliyev cütlüyü təəssüf ki, heç bir məsuliyyətə cəlb olunmur. Politika.az xatırladır ki, Məharət Mustafayev əvvəllər Yevlax rayonunda torpaq şöbəsinin müdiri işləyib, sonralar Elmar Vəliyev Gəncəyə gələndən sonra onu Nizami rayonuna İcra başcısı təyin etdirib.
Lakin, Elmar Vəliyev kimi o da olduqca ədəbsiz və mərifətsiz birisi olduğu üçün daim adı qalmaqallarda hallanırdı.
Nəhayət, 2014-cü il sentyabrın 10-da prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunmuş Məharət Mustafayev barəsində Göygöl rayon hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb.
Verilən məlumata görə, M.Mustafayev hələ icra başçısı vəzifəsində çalışarkən Göygöl rayon bələdiyyəsinin sədri ilə dalaşıb. Münaqişə zəminində bələdiyyə sədrinə bədən xəsarətləri yetirmiş M.Mustafayev barəsində polis şöbəsinə və prokurorluğa şikayət olunub. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılıb. Lakin, görünür Məharət Mustafayev hansısa yollarla canını cinayət işindən qurtara bilib.
Aldığımız məlumata görə, hal-hazırda Məharət Mustafayev Şirvan rayon İcra Hakimiyyəti başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.
Ancaq, bütün bunlara baxmayaraq, ümid edirik ki, Məharət Mustafayev də, Elmar Vəliyev də Gəncədə törətdikləri çoxsaylı qanun pozuntularına və cinayətlərə görə gec-tez cinayət məsuliyyətinə cəlb olunacaqlar!
Növbəti məqalələrimizdə bu cütlüyün qeyri-qanuni əməllərindən bir neçəsi haqda daha ətraflı və bütün təfərruatlarıyla yazıb sizlərin diqqətinə çatdıracayıq.
Elmar Vəliyevin Gəncəyə təyin olunan vaxtdan bu günə kimi şəhərin müxtəlif yerlərində qiyməti on milyonlarla ölçülən hektarlarla torpaq sahələrinin qeyri-qanuni satışını təşkil etməsi faktı Gəncədə heç kəs üçün sirr deyil. Bir sotunun qiyməti 1000 manatdan 5000 manatadək satılan bu torpaq sahələrinin əksəriyyəti Nizami RİH-nin keçmiş başcısı, bir müddət bundan öncə Prezidentin sərəncamı ilə işindən qovulan və haqqında cinayət işi açılan Məharət Mustafayevin vasitəsi ilə mənimsənilib.
Deməli, indi bəhs edəcəyimiz halda, vətəndaş Quliyev Vagif Hüseyinqulu oğlu 2007 ildə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi tərəfdə “Əriklik” adlanan ərazidə alqı-satqı yolu ilə 42 sot torpaq sahəsinə sahib olur. Qanunla nəzərdə tutulmuş bütün lazımi sənədlər də vətəndaşın əlindədir. 2010-cu ildə ona məlum olur ki, Gəncə şəhər Nizami rayon icra Hakimyyətinin başcısı Məharət Mustafayev tərəfindən ona məxsus olan torpaq sahəsi 4 sotluq hissələrə bölünərək, sotu 4-5 min dollara başqa-başqa insanlara qeyri-qanuni sərəncamlar verilərək satılır.
Vaqif Quliyev dərhal məsələnin üstünə düçür və dəfələrlə çalışır ki, Gəncə şəhər və Nizami rayon icra hakimiyyəti başcılarının qəbuluna düşə, lakin onu qəbul edən olmur.
Belə olan halda qanuni mülkiyyətci məcbur olub hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edir və məhkəmə uzun-uzadı araşdırmalardan sonra onun iddianısını təmin edir. Lakin məhkəmənin qərarından artıq 3 il keçməsinə baxmayaraq qərar hələ də icra olunmayıb. Çünki Elmar Vəliyev və Məharət Müstafayev cütlüyünün verdiyi qeyri-qanuni sərəncəmlarla aldadaraq torpaq sahələrini satdıqları insanların bir çoxu artıq bu torpaqlarda tikintiyə başlamışdırlar və hazırda orada hətta bir neçə evdə artıq yaşayış da var…
Düzdür, onların əksəriyyətinə yer sahibi əvvəlcədən sənədləri göstərərək tikintiyə başlamamalarını xahiş etsə də, sonunda onlar bu xəbərdarlığı qulaqardına vurmağı üstün tutdular.
Beləliklə, Elmar Vəliyev və Məharət Mustafayev cütlüyünün açgözlüyü və cinayətləri nəticəsində biçarə insanlar bir-birləri ilə düşmən olublar, illərlə mübahisələrdə və məhkəmə çəkişmələrində əsəblərini və sağlamlıqlarını itirirlər. Çünki, hər iki tərəf pul verib eyni yeri alıblar, biri daha əvvəl və qanuni yolla, biri isə dələduz icra başcıları tərəfindən aldadılaraq. Əslində isə məhkəmə qarşısında cavab verməli şəxs Məharət Mustafayev və onun havadarı Elmar Vəliyevdir!
Qeyd edək ki, yazıda facebookda yaradılmış “Gəncə Müstəqil informasiya portalı” adlı səhifənin materiallarından istifadə olunub
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.