Cavid Qurbanov Ziya Məmmədovla Arif Əsgərov barədə ölkə başçısına nə deyib?

18-04-2016, 09:11   
Cavid Qurbanov Ziya Məmmədovla Arif Əsgərov barədə ölkə başçısına nə deyib?

Cavid Qurbanov dostlarına necə “satıb”


“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla nəqliyyat nazirinin müavini Arif Əsgərov arasında ziddiyyətlərin baş qaldırdığı məlumat vermişdik. Məlumatda deyilirdi ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin olunandan Arif Əsgərovun bu quruma rəhbərlik etdiyi dövrdə mənimsənilən pulları tələb etməsi olub.
Mənimsənilən pullar fantastik məbləğdədir. Cavid Qurbanovun bu tələbi həm Arif Əsgərovu, həm də nəqliyyat naziri Ziya Məmmədovu hiddətləndirib. Onlar da Cavid Qurbanovun “Azəryolservis”dəki fəaliyyətilə bağlı dosye hazırlayıblar. Məlumatda deyilir ki, həmin dosye ictimailəşəcəyi təqdirdə Cavid Qurbanov hətta həbs edilə bilər. Ziya Məmmədov və Arif Əsgərov dosyedəki faktları ictimailəşdirmək qərarına gəliblər. Lakin son anda fikirlərindən daşınıblar.
Dünən bu məsələ ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Məlumatda deyilir ki, Cavid Qurbanov Arif Əsgərovla Ziya Məmmədovu “baqaja” qoyub. Hər iki şəxs bundan media vasitəsilə xəbər tutub. Belə ki, Cavid Qurbanov mediaya müsahibələrinin birində deyib ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin olunandan sonra bu sahənin texniki tərəfdən zəif olduğunu görüb: “Mən dəmiryolunu qəbul edəndə düşünməzdim ki, bu sahə texniki tərəfdən zəifdir.
Amma bu vəzifəyə təyin olunandan sonra gördüm ki, texniki heyəti, kadr potensialı bərbad vəziyyətdədir. Ona görə də mövcud vəziyyətlə bağlı ölkə başçısına, baş nazirə məruzə etdim. Işin irəliyə getməsi üçün müvafiq addımlar atmağa başladıq. Addımlar birinci növbədə vaqon, elektrovoz, lokomotiv parklarının yenilənməsi ilə başladı. Dəmir yolu digər sahələrdən xeyli fərqlənir. Gəmiçilik elədir ki, onun yolu ancaq sudur, təyyarənin yolu havadır, maşın yollarında isə yoldur, amma üstündəkilərə cavab verilmir. Dəmir yolunda isə rəhbərlik bunun həm yoluna, həm xəttinə, həm də rabitəsinə, lokomotivinə, ekologiyasına, təhlükəsizliyinə cavabdehdir. Ağır və böyük strukturdur. Amma bu ağır və böyük struktura dəmiryolu rəhbərliyi, onun işçiləri tərəfindən lazımi diqqət göstərilməyib. Bunların hamısı o vəziyyətə gətirib çıxarıb ki, biz bu formada davam etsəydik, 2020-2022-ci illərə qədər dəmiryolu parkında vaxtı keçməmiş, istismara yararlı olan vaqon və lokomotiv parkından çox cüzi miqdarda qalardı. Indiki parkın təxminən 5 faizi qalacaqdı. Mən burda özümü tərifləmək istəmirəm”.
Cavid Qurbanov bundan əvvəlki müsahibələrində isə bildirib ki, nəqliyyat naziri Ziya Məmmədov onun dostudur. Həmçinin əlavə edib ki, Ziya Məmmədovun razılığı olmasayda o bu vəzifəyə təyin edilməzdi. Lakin sonradan məlum olur ki, özü Ziya Məmmədovla Arif Əsgərov barədə prezidentə “dosye” təqdim edib.
Bildirilir ki, qarşı tərəf, yəni, Ziya Məmmədovla Arif Əsgərov istənilən vaxt Cavid Qurbanovun “Azərolservis”dəki fəaliyyəti ilə bağlı hazırladıqlarını dosyeni ictimailəşdirə bilər. Bəlkə də Cavid Qurbanov da bunun fərqindədir. Elə ona görə də AXCP sədri Əli Kərimlinin evinin önündə keçirilən aksiyaları maliyyələşdirməklə günahını yuyur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.