Aprel ayının 1-dən 2-sinə keçən gecə, Qarabağ bölgəsin təmas xəttində gedən döyüşlərdə Cəlilabad rayonun igid oğlu şəhid Röyal Nəsirov qəhramancasına şəhid oldu. Şəhidin dəfin mərasiminə minlərlə insanlar qatıldı. Onların içərisində Cəlilabad rayonundan seçilən millət vəkillərindən olan, Mirkazım Kazımov və Malik Həsənov yaxından iştirak edib, şəhidin ailəsinin dərdinə şərik olublar. Dəfin zamanı əməkdaşlarımızın çəkliş qurupunun gözündən yayınmayan məqam isə, Cəlilabad rayonunun 69- saylı dairədən seçilən millət vəkili Fəzail İbrahimlinin dəfində iştirak etməməsi olub. Elə hesab etdik ki, çox hörmətli Fəzail İbrahimlinin ola bilsin başı elə mühüm işlərə qarışıb ki, Cəlilabad rayonunda dəfin olunan şəhid Röyal Nəsirovun vətən uğurunda şəhid olmasından xəbərsiz olub.
anaxeber.info bildirir ki. Fəzail müəllimin daimi seçicilərin mühüm işi ilə məşğul olmasını nəzərə alıb, elə hesab etdik ki, şəhidin üç mərasimində təşkil olunan izdihamlı mərasimdə yəqin ki, iştirak edəcək. Amma nədənsə gözlədiyimiz kimi olmadı. Belə olan halda hərkəsi düşünməyə vədar etdiyi kimi bizidə maraqlandırdı.
"Millət vəkili Fəzail İbrahimli” şəhidin hüzür mərasimində iştirak etməməsinin ayrıntıları
Qeyd edək ki, şəhid Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmub 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdır.
1997-ci il təvəllüdlü Röyal Nəsirov Tərtər rayonunun Qapanlı kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Doqquz ayın əsgəri olan şəhid Röyal Nəsirov pulomyotçu kimi düşmənə qarşı vuruşub.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, millət vəkilləri Mirkazım Kazımov, Malik Həsənov, rayonun idarə-müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Bildirək ki, Röyal Nəsirovun meyiti dünən ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanından çıxarılıb. anaxeber.info