Göygölün səfalı güşəsi – Mixaylovka XIX əsrdə molokanlar tərəfindən salınıb. Bu səliqəli kənd indi Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin oylağına çevrilib.
Villarla parkın oxşarlığı
Təqdim olunan materiallarda qeyd olunub ki, E.Vəliyev Gəncədə iş adamlarına qoyulan qeyri-rəsmi rüsum və şəhərə büdcədən ayrılan milyonlar hesabına Mixaylovkada villalar kompleksi tikdirib.
Bu malikanələrin tikintisində istifadə olunan tikinti materiallarının əksəriyyəti, hətta villaların ərazisində və ətrafında quraşdırılan işıq dirəkləri, yerə döşənən daşlar belə Gəncənin abadlaşdırılması üçün ayrılan materiallarla eynilik təşkil edir.
Hətta 2 il qabaq Yeni Gəncə qəsəbəsində Heydər Əliyev park kompleksinə ayrılan büdcə vəsaitləri hesabına gətirilən bahalı dekorativ ağac və kollar belə tən yarı bölünərək icra başçısının bağ evinə yollanıb. İndi həmin villaların hektarlarla ölçülən həyətində əkilən dekorativ kollar və ağaclar Heydər Əliyev parkında əkilən güllər, ağaclarla eynilik təşkil edir.
6 iqamətgah, şəlalə, hovuz…
Yazıda qeyd edilir ki, E.Vəliyev Yevlaxda işləyəndə Mixaylovkada ev alaraq əsaslı təmir etdirmişdi. Gəncəyə icra başçısı təyin olunandan sonra qonşuluqdakı bütün əraziləri zəbt edərək kəndin yarısına yiyələnib.
Hazırda 3-5 mərtəbəli 6 villa, bir neçə köməkçi tikili, çoxsaylı şəlalələr və süni çaylar sistemi inşa edilib. Vəliyev ərazidən keçən kiçik çayı da torpağına qataraq özəlləşdirib.
İqamətgah kompleksinin böyük hissəsi Mixaylovka və Yeni Zod kəndlərinin bələdiyyələrin sosial perspektivi üçün nəzərdə tutulan hektarlarla torpaq sahələrini zəbt edib. Ucu-bucağı görünməyən bu ərazi 4-5 metrlik qala divarları ilə əhatələnib.
Hər iki kəndin sakinləri dəfələrlə Göygölün icra başçısına müraciət edib. Amma nəticə olmayıb. Bildirilir ki, Hacıkəndə yaxın Alma bağı ərazisindən Yeni Zod kəndinə gələn 4 km su boru xətti indi yalnız E.Vəliyevin villasının şəlalərinə və hovuzuna axır.
Yeni Zod kəndinin camaatı isə su uzunə həsrət qalıb, köçmək məcburiyyətindədirlər. İddialara görə, E.Vəliyev bu villaların tikintisində prezidentin adından istifadə edir. Qarşı tərəfin mövqeyini çap etməyə hazırıq.
[thumb]http://anaxeber.info/uploads/posts/2016-04/1461180662_1461004756_111.jpg[/thum