“Azərsu”da müavinlərin savaşı

21-04-2016, 09:13   

Qorxmaz Hüseynov komandasına nəzarəti itirib

Əgər mətbuatımızın son 5 ildə monitorinqi aparılsaydı ki, hansı təşkilat, qurum haqqında daha çox materiallar yazılıb, yəqin ki, “Azərsu” birinci yer tutmasa da, ilk üçlükdə yer alardı. Ona görə yox ki, Qorxmaz Hüseynovun sədr təyin olunmasından başlayaraq yazırlar.

Xeyr, “Azərsu” ASC uzun müddətdir ki, KIV-in “sevimlisi” rolundadır, sadəcə son 5 il mətbuatın vitrinindən düşmür. Səbəb çox sadədir. “Azərsu” dövlət büdcəsindən ən çox vəsait ayrılan təşkilatlardandır. Indiki idarəetmə sisteminin mahiyyətinə uyğun olaraq korrupsiyanın, talanın, qohumbazlığın da önündədir. Ayrılan vəsaitin mənisənilməsi uğrunda mübarizə həmişə səhmdar cəmiyyəti hədəfə gətirən amildir və necə ki, belə davam edəcək, “orda mübarizə bu gün də var, yarın da”. Bəs bu “mübərizə”nin ön sıralarında kimlər yer alır?


Qorxmaz Hüseynovun başını ağrından daxili gərginliyi artıran səbəblər kimi indiyədək daha çox onun yaxın qohumlarının ASC-də bütün gəlirli sahələrə nəzarət edib, talançılıqla məşğul olmaları idisə, indi müavinləri arasında sədri hədəfə gətirən, onu narahat edən yeni qarşıdurma proseslərinin təhlükəli xarakter almasıdır. Belə ki, “Birləşmiş Su-Kanal” MMC-nin rəhbərliyindən “Azərsu”ya müavin təyin olunmuş Etibar Məmmədov təyinatının ilk günlərindən səhmdar cəmiyyətin yüksək eşalonunda komanda formalaşdırır və hələ ki, buna uğurla nail olur. Vaxtilə başqa qruplaşmalarda yer alan istismar üzrə müavin Köçəri Həsənovun, iqtisadi məsələlər üzrə müavin Mahir Məmmədovun Etibar Məmmədovun komandasında təmsil ollunması digər müavinləri ciddi narahat edir. Narahatçılığın hətta sədr Qorxmaz Hüseynova da təsir etdiyi redaksiyamıza daxil olan məlumatlar içərisindədir. Sədri narahat edən səbəbsə Etibar Məmmədovun hakim ailəyə yaxınlığı və son vəzifə təyinatının da məhz ailənin məsləhəti, tapşırığı əsasında baş verməsidir.

Etibar Məmmədovun təzyiqilə bu günlərədək korrupsiya və şübhəli bank əməliyyatlarında adı hallanan və “Azərsu”dan uzaqlaşdırılan Məhəmməd Əliyevin yenidən səhmdar cəmiyyətdə vəzifəyə gətirilməsi digər müavinlərin səbr kasasını daşıraraq Qorxmaz Hüseynova təyziqləri artırıb və onlar narahatlıqlarını açıq şəkildə dilə gətiriblər ki, belə getsə sədr vəzifəsini itirə bilər. Qorxmaz Hüseynov isə Etibar Məmmədovun son vəzifə təyinatını hakim ailədən bir “göstəriş” kimi verildiyini “şikayətçilərə” etiraf etməyə məcbur olub və özünün narahatlığını büruzə verib. Lakin buna baxmayaraq hələ də qurumda ciddi gərginlik var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.