Səlim Müslümovun həmkəndlisinə qarşı korrupsiya ittihamı

24-04-2016, 13:38   
Səlim Müslümovun həmkəndlisinə qarşı korrupsiya ittihamı
Redaksiyamıza Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun konkret bir kadrı haqqında ittihamların yer aldığı məqalə göndərilib. Cavid Əliyevin yazdığı həmin məqaləni olduğu kimi təqdim edirik:

2015-ci ildə nazir Səlim Müslümova aşağıdakı məktubu yazıb yollamışdıq:

Cənab nazir! Aşağıda adlarını qeyd etdiyimiz vətəndaşların yardım kartları Yasamal rayon ƏSMM-nin işçilərindədir. Bunu dəqiqləşdirməyin 2 yolu var:

Əjdər Cəbiyevdən və sizin daxili nəzarətin işçilərindən xəbərsiz bir yoxlama göndərib mərkəzdə həmin yardım sənədlərini götürüb vətəndaşlara zəng edib yardım kartlarını gətirib mərkəzə göstərmələri tələb olunmaqla.
Kapital banka sorğu göndərib həmin işlər üzrə son 3 ayın bankomat şəkillərini əldə etməklə.
Niyə deyirəm Əjdər Cəbiyevdən və sizin daxili xidmətin işçilərindən xəbərsiz? Ona görə ki, onlar sizə yalan danışır. Keçən dəfə Yasamal rayon ƏSMM-də direktor Gülnarə Salahovanın rüşvət siyahıları əllərinə keçsədə pul alıb onu gizlətdilər, gətirib sizə həqiqəti demədilər. Çox maraqlıdır: həmin işçiləri çağırıb soruşsanız onlar sizə nə deyər. Bu işdən sizin daxili xidmətin rəisinin də xəbəri var.

Yardım kartları Yasamal rayon ƏSMM-nin işçilərində olan vətəndaşlar:

1. Bayramov Həsən Eyyub
2. Nuriyeva Aygün Tofiq
3.Əhmədov Zirəddin Əhmədəli
4. Məmmədov Qalib İmran
5. Abbasova Təranə Rafiq
6. Səfərov Ramin Şükür
7. Həşimova Arzu Ağakərim
8. Nəcəfov Akif Fehruz
9. Mehdiyeva Nuranə Nadir
10. Zeynalova Elnarə Üruf
11. Rəsulzadə Sevinc Oktay
12. İsmayılov Zahir Hüsü
13. Zeynalova Sevinc Hüseyn
14. Fərəcova Elnarə Sabir
15. Kərimov Mətin Nadir
16. Novruzov Elçin Allahverdi
17. Zeynalova Ramella İnqilab
18. Əsədov Adil Ramiz
19. Mirzəyeva Ətirə Qurban
20. Babayev Zaur Əliman
21. Şabandayeva Ədilə Təvəkkül
22. Məmmədbəyli Səidə Elxan
23. Mustafayev Sərxan Ziyad
24. Əhmədov Elçin Paşa
25. Şahmirzəyeva Aybəniz Valeh
26. Qurbanov Rasim Fərman
27. Həsənov Ağaşah Məmmədşah
28. İbrahimova Günel Azadəli
29. Baxışova Turalə İbrahim
30. Mövsumzadə Ülkər Eldar
31.İbrahimova Xəyalə Qədir
32. Məmmədova Yasəmən Məmmədbağır
33. Əsgərova Samirə Cabir
34. Allahverdiyeva Gülnar Adil
35. Mirzəyev Elman Əliağa
36. Məmmədov Sail Sabir
37. Abbasov Əfqan Atif
38. Məlikov Şahlar Şəhriyar
39. Hüseynov Süleyman Ramiz
40. Məmmədov Teymur Zakir
41. Abbasova Məhsəti Həsən
42. Bayramova Nərgiz Əlisalam
43. Əliyarov Rüfət Xalıq
44. Hüseynova Maisə Rasim
45.Mehdiyeva Yeganə Sərvər
46.Mustafayeva Fərqanə Kamil
47.İmanova Aytən Naib
48. Əliyev Məmməd Əli
49. Qafarova Ülviyyə Cümşüd

Cənab nazir! Keçən dəfə Yasamal rayon ƏSMM-yə göndərdiyiniz yoxlama heç bir əməli iş görməmiş, bir nəfərə olsun belə zəng etməmişdir. Buna görə də işçilər onlarda olan yardım kartlarının heç birini vətəndaşlara qaytarmamışlar. Əksinə, işçilərdə əminlik yaranmışdır ki, heç kimə zəng edib yardım kartını gətirib mərkəzdə göstərmələri tələb olunmur. Bütövlükdə mərkəzin işçilərində 1000-dən yuxarı yardım kartı var və onları evlərində saxlayırlar. Həmin kartlar onlara ayda bir dəfə kartlara pul köçürüləndə gedib bankomatlardan pul çıxarmaq üçün lazım olur, hər gün lazım olmur ki, idarədə saxlasınlar. Mərkəzdə ən çox yardım kartı isə mərkəzin Zaur, Günəş və Sadiq adlı işçilərindədir.

Bu məktubdan sonra nazirlikdən Yasamal rayon ƏSMM-yə yoxlama göndərilmiş və adları qeyd olunan vətəndaşlara məxsus yardım işləri üzrə kartların bankomat çıxarışları Kapital bankdan alınmış və həmin çıxarışlarda mərkəzdə işləyən Zaur, Günəş və Sadiqin şəkilləri çıxmışdır. Böyük cinayətə yol verməsinə baxmayaraq, Səlim Müslümov həmkəndlisi Zaur Rəsulovun işini Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və ya Prokurorluğa göndərməmiş, sadəcə onu işdən çıxarmaqla kifayətlənmişdir.

Yoxlama zamanı həmçinin məlum olmuşdur ki, Rəsulov Zaur 2014-cü ilin oktyabr ayında həyat yoldaşı Muradova Məlahət Eldar qızının adına aylıq 175 manat ünvanlı sosial yardım düzəldib və buna uyğun olaraq 1 yaşadək uşağa əlavə olaraq 45 manat aylıq müavinət. Yardım sənədinin iş nömrəsi: 101509. Maşını, evi və ƏSMM-də işi ola-ola vəzifəsindən sui istifadə edib özünə yardım düzəltdirib.

Bu həm də həmin Rəsulov Zaurdur ki, məsləhətçi ola-ola baş məsləhətçi kimi ayda 15-20 ünvanlı sosial yardım sənədi qəbul edərək hər ay 6-7 min manat ünvanlı sosial yardım pulunu mənimsəyib. Onu da bildirək ki, Rəsulov Zaur hər yerdə Səlim Müslümovla həmkəndçi olmaqla bərabər həm də yaxın qohumu olduğunu bildirir. Görünür saxtakarlıq edərək özünə yardımı da bu düşüncə ilə düzəldib. Onu da qeyd edək ki, Rəsulov Zaur heç bir imtahandan keçmədən Səlim Müslümov tərəfindən Yasamal rayon ƏSMM-də məsləhətçi vəzifəsinə müqavilə ilə işə götürülmüşdü.

Bütün qeyd olunanlara görə 2015-ci ildə işdən çıxarılan Rəsulov Zaur bu il yenidən Səlim Müslümov tərəfindən Beyləqan rayon ƏSMM-yə işə götürülüb. Baxın budur Səlim Müslümovun korrupsiyaya qarşı apardığı pafosla təqdim etdiyi “mübarizə”. Məsuliyyətə cəlb olunmalı olan adam yenidən işə qəbul olunur. Bundan sonra da Səlim Müslümov çıxıb deyir ki, rəhbərlik etdiyi nazirlikdə şəffaflıq təmin olunur.

Cavid Əliyev



Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.