Qaradağın icra başçısı Süleyman Mikayılov barədə anaxeber.info-a maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, bu günlərdə Süleyman Mikayılovu Naxçıvan Muxtar Respublikasının rayonlarından birinə icra başçısı göndərilməsi müzakirə olunub. Bu barədə Süleyman Mikayılovun özünə də bildirilib. Maraqlıdır ki, Süleyman Mikayılov təklifi qəbul etməyib. O, Vasif Talıbovla işləyə bilməyəcəyini əsas gətirərək təklifdən imtina edib. İcra başçısının bu qənaətdə olması səbəbsiz deyil. Bəzi məlumatlara görə, Mikayılov fövqəladə halla naziri Kəmaləddin Heydərova yaxın şəxsdir. Kəmaləddin Heydərovla Vasif Talıbov arasında münasibətlər isə o qədər də xoşagələn deyil. Süleyman Mikayılov fərqindədir ki, Vasif Talıbov Kəmaləddin Heydərov faktoruna görə bir neçə aya onu bitirə bilər. Digər tərəfdən Süleyman Mikayılov Bakının meri olmaq iddiasındadır.
anaxeber.info