Kərəm Həsənov Milli Məclisdə özünə lobbi qrupu yaradıb

29-04-2016, 10:35   




Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov özünə Milli Məclisin deputatlarından ibarət dəstək qrupu yaradıb. Həmin qrupa Komitə sədrinin aylıq maliyyə ayırdığı bildirilir


Son zamanlar adı sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun mütəşəkkil dəsdəsi ilə iş birliyində hallanan və buna görə də narahatlığını gizlətməyən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov özünə Milli Məclisin deputatlarından ibarət lobbi qrupu formalaşdırıb. Bu ideyanı ona qardaşı, Milli Məclisin deputatı və iş adamı Malik Həsənov verib.

Bu barədə AzMedia.info saytını məlumatlandıran mənbənin bildirdiyinə görə Komitə sədri qardaşının vasitəçiliyi ilə 10-dan artıq deputatla anlaşıb əsas məqsəd isə həmin deputatların köməyi ilə həm mətbuata təsir etmək, həm də “MTN işi”nin istintaqında ortaya çıxa biləcək problemlər olarsa, deputatların dəstəyindən yararlanmaqdır.

Həsənov qardaşlarının lobbiçiyini edən deputatlardan birinin yaxın ətrafından olan mənbəmizin bildirdiyinə görə Kərəm Həsənov həmin deputatların hər birinə ayda 5 min manat verir. Bunun müqabilində isə deputatların əsas işi öz əlaqələrindən istifadə edərək mətbuatda Kərəm Həsənov və yaxınları ilə bağlı mətbuatda gedə biləcək məlumatların qarşısını almaqdır. Xüsusilə “MTN işi”nin istintaqında Kərəm Həsənovun MTN generalları ilə bağlı əlaqələrinin yeni detalları ortaya çıxa bilər və deputatlar bu məlumatların özlərinə yaxın olan mətbu orqanlarda dərc olunmasını əngəlləməklə bu çətin günlərdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə yardımçı olmalıdırlar.

Qeyd edək ki, Kərəm Həsənovun Milli Məclisdə yaratdığı lobbiçi qrupun üzvlərinin bəzilərinin adı AzMedia.info saytına məlumdır. Lakin bizə məlumat verən mənbənin xahişini nəzərə alaraq həmin siyahını dərc etmirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.