Gəncə Dövlət Universitetində (GDU) ara yenidən qarışıb. anaxeber.info xəbər verir ki, bu dəfə aranın qarışmasının səbəbkarı isə müəllimlərin tələbələrdən rüşvət tələb etməsi olub.
Həmin tələbələrdən biri redaksiyamıza yazaraq bildirib ki,xəsdə olduğu ücün bir müdət dərslərdə işdirak edə bilməyib ondan bunun üçün 100 manat pul tələb ediblər. Lakin imkanı olmadığından verə bilməyib. Cavabında isə bildiriblər ki, pul verməsə, qovulacaq. Vəziyyətdən çıxmaq üçün anası ilə birlikdə GDU-nun rektoru Yusif Yusifovun da yanına gediblər, amma yenə də faydası olmayıb.
Bundan əlavə tələbə yazır ki,GDU-da onlarla tələbə var ki, bilikləri olsa da, imtahan vermələrinə imkan yaradılmır. Prosesin başında Yusif Yusifovun durduğunu vurğulayan tələbə, GDU-da artıq hər şeyin nəzarətdən çıxdığını da deyir.
Amma redaksiyamıza başqa bir maraqlı məlumat daha əldə edib. Məlum olub ki, GDU-dakı rüşvət skandalının arxasında gizli yolla çəkilmiş videogörüntülər də varmış. Daha doğrusu, prosesin təkanverici qüvvəsi elə həmin görüntülərdir.
Məlumatı verən mənbənin iddiasına görə, bir neçə tələbə onlardan imtahan üçün rüşvət tələb edən müəllimlərin gizli şəkildə görüntülərini telefonun kamerasının yaddaşına köçürüblər. Hazırda həmin görüntülərin tələbələrdə olduğunu bildirən mənbə qeyd edib ki, onlar yaxın günlərdə Baş Prokurorluğa təqdim etmək niyyətində olduqlarını dilə gətirib.
Mənbə həmin videoların yaxın günlərdə redaksiyamıza da təqdim ediləcəyini qeyd edib.