General vəzifəsindən alınır - Dəyişiklik gözləntisi

5-05-2016, 08:29   

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) rəhbər dəyişikliyi gözlənilir. Bu barədə DİA.AZ-a məlumatlı mənbədən informasiya daxilolub.

Xəbəri verən qaynaq bildirir ki, hələ SHXÇDX yarandığı ilk günlərdən özünün qeyro-qənaətvəxş fəaliyyəti və qeyri-peşəkarlığı ilə diqqət çəkən Arzu Rəhimov bu günə kimi postunda yalnız himayə hesabına qalıb. Bu gün isə Azərbaycanda real aktiv müharibə şəraiti hökm sürdüyündən və SHXÇDX-nin bir struktur kimi kifayət qədər strateji əhəmiyyət daşıması səbəbindən qurumun rəhbərliyinə də çevik (ən azından Müdafiə Naziri Zakir Həsənovun xarakterinə uyğun -red.) bir rəhbərin gətirilməsi zərurəti yaranıb.

Mənbənin dia.az-a söylədikləri: "Təbii ki, Azərbaycan üşün vacib olan işğal olunmuş torpaqlarımızın azadlığıdır. Burada da hansısa himayə altında olan məmurun nazının çəkilməsi prioritet ola bilməz. Arzu Rəhimovun iş keyfiyyətləri müharibə şəraitinə cavab vermir. Buna görə də dəyişiklik qərarı verilib".

Mənbə iddia edir ki, Arzu Rəhimov başqa bir işə təyinat alacaq: "Ola bilsin ki, general-leytenant FHN-də fəaliyyətini davam etdirsin".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.