Şantaj işələrinin böyük qismini,GDU prorektoru DTX-nin Gəncə şəhər şöbəsinin rəisi Əli Əliyevin gösdərişi ilə edib?

6-05-2016, 19:46   

GDU prorektorunun MTN macəraları


Gəncədə Fəxrəddin Həsənov tərəfindən sabiq nazir Eldar Mahmudovun, həmçinin hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun adından şantaj olunan qurbanlarının sayjının onlarla və bəlkə də yüzdən artıq olduğu bildirilir.


Bir neçə gün əvvəl GDU-nun prorektoru Fəxrəddin Həsənov hazırda həbsdə olan və bir çox müdhiş cinayətlərdə ittiham olunan sabiq MTN generalı Akif Çovdarovun Gəncədə bir nömrəli adamı olması ilə bağlı “GDU-da Çovdarov izi: Killer generalın Gəncədəki əsas adamı kim olub?” adlı yazı dərc etmişdik.

Həmin yazıda bildirmişdik ki, sabiq MTN generalı Akif Çovdarovun Gəncədə bütün işlərini məhz Fəxrəddin Həsənovun həyata keçirdiyi və generalın adından bir çox məmurları şantaj etmə ilə bağlı ciddi məlumatlar AzMedia.infoya daxil olub və qeyd etmişdik ki,həmin məlumatları dəqiqləşdirdikdən sonra ictimaiyyətin diqqətinə cəlb edəcəyik.

Həmin məlumatlarla bağlı Gəncədə apardığımız araşdırma Fəxrəddin Həsənovun və əvvəllər MTN-nin Gəncə şəhər şöbəsinin rəisi, hazırda isə MTN-nin DTX-nin Gəncə şəhər şöbəsinin rəisi Əli Əliyevin Gəncədə çoxlu sayda vəzifəli insanı və iş adamını şantaj etdikləri ortaya çıxdı. Şantaj işələrinin böyük qisminin isə məhz GDU-nun prorektoru Fəxrəddin Həsənov həyata keçirib.

Qeyd edək ki, bizim danışdığımız bir neçə iş adamı da bu iddaları təsdiqlədi. Lakin onlar adlarının bu işdə keçməsini istəmədikləri üçün adlarının gizli saxlanılmasını xahiş etdilər. Biz də təbii ki, onların bu xahişini nəzərə alırıq. Adlarının gizli qalmasını istəmələrinə baxmayaraq danışdığımız hər kəs onları şantaj edən Fəxrəddin Həsənovun cəzaladırılmasının tərəfdarı olduqlarını və hətta bunu tələb etdiklərini bildirdilər.

Bizimlə danışan iş adamlarından biri isə Fəxrəddin Həsənovun təqribən iki il əvvəl ondan Mili Təhlükəsizlik naziri Eldar Mahmudovun adından yarım milyon istəyib. bildirir ki, onun tələb olunan məbləği vermək üçün imkanı olmayıb və bunu da vasitəçi olaraq göndərilən Fəxrəddin Həsənova açıqca bildirib. Bundan sonra isə Fəxrəddin Həsənov iş adamına bildirib ki, əgər 10 gün müddətində tələb olunan məbləği verməzsə, oğlu xarici kəşfiyyat orqanlarına çalışan casus kimi həbs olunacaq. Hətta bunun necə ediləcəyinin sxemini belə Fəxrəddin Həsənov iş adamına anladıb. bildirir ki, oğlu çox tex tez xarici səfərlərə getdiyi üçün Fəxrəddin Həsənovun şşantajının qarşısında aciz qalıb. Və 10 gün müddətində yarısını borc almaqla yarım milyon Fəxrəddin Həsənova verib. Bundan sonra isə onun yaxasından əl çəkilib. Maraqlıdır ki, Eldar Mahmudov vəzifədən alınmasından və MTN-nin yüksək rütbəli zabitlərindən ibarət mütəşəkkil dəstənin ifşasından bir neçə gün əvvəl Fəxrəddin Həsənov ondan yenidən yarım milyon tələb edib. Lakin o, borclarını hələdə qaytara bbilmədiyini dilə gətirərək tələb olunan məbləci verməkdən imtina etdikdə yenidən eyni şantajla üzləşib. bildirir ki, Allahdan bir neçə gündən sonra, Eldar Mahmudov vəzifədən alındı . İş addamı əmindir ki, əks təqdirdəoğlunun həbsi qaçınılmaz olacaqdı. Çünki onun şantaj yolu ilə tələb olunan məbləği vermək imkanı olmayıb.

Digər mənbənin bildirdiyinə görə Fəxrəddin Həsənov qurbanlarını əvvəllər MTN-nin Gəncə şəhər şöbəsinin rəisi, hazırda isə MTN-nin DTX-nin Gəncə şəhər şöbəsinin rəisi Əli Əliyevlə birlikdə seçib. Qurbanlarla bağı məlumatı isə bir qayda olaraq general Akif Çovdarova məlumat veriblər. Çovdarovdan gələn razılıqdan sonra isə Fəxrəddin Həsənov qurbanı ilə görüşüb, bir qayda olaraq Akif Çovdarovun adından, bəzi hallarda isə nazir Eldar Mahmudovun adından danışaraq həmin şəxsi şantaj edib. Gəncədə bu şantajların qurbanlarının onlarla və bəlkə də yüzdən artıq olduğu qeyd olunur. Şantaj edilənlərin böyük hissəsi Gəncənin və Qərb bölgəsi rayonlarının vəzifəli şəxslərinin olduğu bildirilir. Həmin şəxslər bir qayda olaraq korrupsiya ilə şantaj olunublar və topladıqları var-dövlətin siyahıları belə Fəxrəddin Həsənovda olub. Bu siyahılara uyğun qaydada da məmurlardan pul tələb olunub.

Başqa bir mənbənin bildirdiyinə görə isə Fəxrəddin Həsənov həmçinin Antiterror Mərkəzinin rəis müavini, həbsxanada intihar edən polkovnik İlqar Əliyevlə də müştərək işləri olub. Bu arədə isə növbəti yazımızda.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.