Ramiz Mehdiyevin kürəkəni oliqarx məmurları hədəfə alıb?

7-05-2016, 09:16   
Ramiz Mehdiyevin kürəkəni oliqarx məmurları hədəfə alıb?
İlham Əliyevin banklarla bağlı tənqidi çıxışı müxtəlif mülahizələrə səbəb olub

Milli Məclisin dünənki iclasında deputat Ilham Əliyev bankları tənqid atəşinə tutub. O, deyib ki, bu yaxınlarda komitə sədri Ziya Səmədzadə ilə birlikdə Banklar Assosiasiyasının təşkil etdiyi görüşdə iştirak edib. Deputatın sözlərinə görə, həmin görüşdə iradlarını bank rəhbərlərinə də çatdırıb:

“Çox müsbət hal idi ki, orada bankların çoxunun rəhbəri də iştirak edirdi. Mən orada iradlarımı bildirdim. Bizə çoxlu sayda seçicilərimiz müraciət edirlər. Onlar əsasən xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Təsəvvür edin ki, kredit müqavilələri elə kiçik şriftlərlə yazılır ki, onları eynəklə oxumaq da mümkün deyil. Banka kredit almağa gələn insanı müqavilə ilə ilk tanış edən şəxs krediti verən mütəxəssis olmalıdır. Amma pul-maliyyə münasibətləri ilə yaxından tanış olmayan insanlar müqaviləni oxumadan imzalayırlar. Sonra isə devalvasiya olur və bəlli olur ki, sahibkar daha çox pul ödəməlidir. Mən görüşdə açıq dedim ki, insanları yükləmək olmaz. Öz risklərini sığortalamaq üçün böyük faizlə kredit verirlər. Çox zaman müqavilədə faizi qeyd etmirlər. Sizdən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır, insanları fəlakətə sürükləmək olmaz”.


Ilham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkənidir. Onun fikirlərində həqiqət payı çoxdur. Lakin bankların çoxunun məmurların nəzarətində olduğuna görə Ilham Əliyevin belə fikirlər səsləndirməsi mülahizələrə səbəb olub. Bəzi ehtimallara görə bu çıxış hakimiyyət daxilində baş qaldıran ziddiyyətlərlə əlaqədardır.

Mümkündür ki, hakimiyyətin siyasi qanadına rəhbərlik edən Ramiz Mehdiyev iqtidardakı iqtisadi güclərin zəiflədilməsi prosesin davam etdirilməsində maraqlıdır. Qeyd edək ki, maliyyə böhranı başlayandan nəqliyyat naziri Ziya Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, neft şirkətinin prezidenti Rövnəq Abdullayev kimi oliqarx məmurlar hədəfə gəlib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.