Cavid Qurbanov xanım jurnalistə ayda 3 min dollar niyə ödəyib?

10-05-2016, 07:36   

Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri, millət vəkili Cavid Qurbanovun keçmişdə üzləşdiyi bir olayla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatı anaxeber.info-a ötürən mənbənin sözlərinə görə, C,Qurbanov hələ YAP hakimiyyətində yer tutmadığı zamanlarda, AXC iqtidarı ilə isti münasibətləri dönəmində üzləşdiyi bir hadisənin illərlə əsirinə çevrilib.
Bununla bağlı anaxeber.info-a daxil olan məlumatda bildirilir ki, C.Qurbanovun sabiq daxili işlər naziri İsgəndər Həmidovun yanında dediyi bir söz və ona qaytarılan sərt cavab lentə alınıb. Bu olayın görüntüsündə İ.Həmidovun C.Qurbanovu aşağıladığı aydın sezilir. Sonralar Cavid müəllim YAP hakimiyyətində vəzifə tutduqda bu videogörüntünü ələ keçirən bir xanım jurnalist onu şantaj edir. Videonun üzə çıxmaması naminə C.Qurbanov uzun müddət həmin jurnalistə ayda 3 min dollar ödəməyə məcbur olur. Sonradan Cavid müəllim Sadıx adlı köməkcisinin köməyi ilə bumeranq üsulundan istifadə edərək həmin xanım jurnalisti ifşa edən video hazırlayıb yaxasını qurtara bilir.
Mövzu ilə bağlı daha geniş detalları növbəti yazımızda təqdim edəcəyik

Xoşqədəm
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.