mikayil-cabbarovMəktəblərdə şagirdlərdən müxtəlif adlar altında pul yığıldığı sirr deyil. Süpürgə pulu, fond pulu, bayram pulu və s. Indi də şagirdləri əyləncə mərkəzlərinə, muzeylərə, bir sözlə Mədəniyyət və Turizm Nazirliyinin nəzarətində olan obyektlərə aparmaq üçün onlardan pul yığılır.
Özü də ibtidai sinif şagirdlərindən. Şagirdləri muzeylərə aparmaq lazımdır. Amma bunun üçün nədən pul yığılır anlaşılan deyil. Ibtidai sinif şagirdlərinin əyləncə mərkəzlərinə aparılmasına gəlincə, şagirdlərdən yığılan pul həmin əyləncə mərkəzlərində istirahət üçün deyil. Bu “yol haqqı”dır. Əylənmək üçünsə necə deyərlər əlin cibində olmalıdır. Əyləncə mərkəzinə getmək məcburidir. Yəni, “yol haqqı” mütləq ödənməlidir. Amma orada əylənmək artıq könüllüdür. Yəni, pulun yoxdursa, pərt vəziyyətdə əylənən uşaqlara baxa bilərsən. Bu hansı məqsədlə edilir bəlli deyil. Bəlkə də təhsil naziri Mikayıl Cabbarov mədəniyyət və turizm naziri Əbülfəs Qarayev üçün müştəri yığır.