Təhsil Nazirliyinin yeni «perevod kralı»Ceyhun Bayramovdur - təfsilat

19-05-2016, 07:32   
Təhsil Nazirliyinin yeni «perevod kralı»Ceyhun Bayramovdur  - təfsilat
Təhsil Nazirliyində «perevod» işləri kimə tapşırılıb?Nazir müavini Ceyhun Bayramov İlhami Pirməmmədovun missiyasını həyata keçirir

Hələ bir müddət əvvəl işdən çıxarılaraq, Texniki Universitetə prorektor göndərilən İlham Pirməmmədovdan sonra çoxları tələbə köçürmələrinin kimə həvalə ediləcəyi barədə mühakimələr irəli sürürdülər. Politika.Az xəbər verir ki, uzun illərdir tələbə köçürmələrini həyata keçirən İlham Pirməmmədovun yerinə kimin gətiriləcəyi isə xeyli müzakirə edildikdən sonra bəlirləndi.

Bildirək ki, hal hazırda Təhsil Nazirliyində istər qanuni, istərsə də qeyri-qanuni tələbə köçürmələri prosesi nazirin müavini Ceyhun Bayramova həvalə olunub. Maliyyə Nazirliyində çalışan qardaşı Azər Bayramovdan öyrəndiyi bütün işləri tətbiq etdikdən sonra Mikayıl Cabbarovun maliyyə işlərini də üzərinə götürmüş Bayramov, artıq tələbə köçürmələrini reallaşdırmaqla məşğuldur.

Politika.Az-a verilən məlumata görə, sözügedən şəxs son 6 ay ərzində 1000-dən çox tələbəni bir univversitetdən digərinə köçürərək, külli miqdarda pullar qazanıb. Onun icazəsi olmadan kimsənin bir tələbəni başqa yerə köçürməsi isə mümkün deyil. Elə bu səbəbdəndir ki, Ceyhun Bayramov Təfəkkür, Asiya və Avrasiya kimi universitetlərin rəhbərlərinə xəbərdarlıq edib ki, bu istiqamətdə icazəsiz bir addım belə atmasınlar. Əks təqdirdə, onların aqibətləri sual altına düşə bilər.

Gələn xəbərlərə görə, Ceyhun Bayramov təkcə tələbə köçürmələrinə deyil, həmçinin Təhsil Nazirliyinin maliyyə və tender işlərinə də nəzarət edir. Onun uğurlu işlərindən biri isə Bakıdakı iri orta məktəblərdən birinin təhlükəsizlik kamerası ilə təhciz edilməsi olub. Politika.Az-ın dəqiqləşdirmələrinə görə, həmin məktəbdə 20 manatlıq müşahidə kameralarının qiymətləri 20 dəfə şişirdilərək, 400-500 manata qaldırılıb. Bundan başqa istifadə olunan kabellərin də qiymətlərində dəhşətli fərqlər meydana çıxıb. Sonda məlum olub ki, ümumi dəyəri 25 min manat olan iş, 75 min manata başa gəlib.

Mənbələr bunu Ceyhun Bayramovun ən kiçik işlərindən biri sayırlar. Onlar deyirlər ki, nazir müavini milyonluq işlərə qol qoyaraq, oradan ən azı 75 faizini götürmək kimi əməliyyatlar həyata keçirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.