Seymur Həzi ''İlin Cümhuriyyətçisi'' oldu-VİDEO

27-05-2016, 10:23   
Seymur Həzi ''İlin Cümhuriyyətçisi'' oldu-VİDEO




Həbsdə olan jurnalist Seymur Həzi D18 Hərəkatının təsis etdiyi “İlin Cümhuriyyətçisi” mükafatına layiq görülüb. Hərəkatın rəhbəri Ruslan İzzətli bildirib ki, jurnalist "Azadlıq" qəzetində, "Azərbaycan saatı" verilişindəki fəaliyyətinə, eləcə də Azərbaycan Xalq Cəbhəsi Partiyasında gördüyü işlərə görə seçilib. Mükafatı Seymur Həzinin atası Məşgül Həziyev qəbul edib. “Seymur bəyə dəstək olduğunuz üçün təşəkkür edirəm. Siz ona böyük dəstəksiniz. O, bu gün türmədə sizinlə qürur duyur. Belə dəstək verdiyiniz üçün sevinir. Təşəkkür edirəm, hamınıza”

Tədbirdə jurnalistin həmkarları, siyasi partiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Mükafatlandırma mərasimində yaxınlarda şərti azadlığa çıxan jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılova da iştirak edib. O deyib ki, valideynlər siyasi səbəblərlə həbs olunan övladlarına dəstək olmalıdırlar.

Seymur Həzi 2015-ci ildə Abşeron rayon Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Jurnalist xuliqanlıqda ittiham olunur. Amma Seymur Həzi ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə bağlayır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.