«MTN işi»ndə hansı məmurların dinlənilməsi hakimiyyətə nə üçün lazımdır?

25-07-2016, 08:12   
«MTN işi»ndə hansı məmurların dinlənilməsi hakimiyyətə nə üçün lazımdır?
Hilal Əsədovun dindirilməsinin pərdəarxası
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş əməkdaşları ilə bağlı istintaq hərəkətləri davam edir. Gununsesi.info-nun xəbərinə görə, hazırda həbsdə olan MTN-nin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevin cinayət işi üzrə sabiq nazir müavini, hələ ki, azadlıqda olan Hilal Əsədovun ifadəsi alınıb. Istintaqçılar sabiq nazir müavinindən MTN tərəfindən qanunsuz olaraq dinlənən yüksək vəzifəlilər barəsində soruşublar. Hilal Əsədov həmin vəzifəliləri hansı məqsədlə dinləmələri barədə danışıb.


“Azadlıq”a daxil olan məlumata görə, Türkiyədəki son hadisələrdən sonra “MTN işi”ndə dinləmə məsələsi yenidən gündəmə gəlib. Qeyd edək ki, Türkiyə hakimiyyəti hərbi çevrilişə cəhdə görə Fətullah Güləni ittiham edir. Azərbaycan hakimiyyətində də “Gülən şəbəkəsi” ilə əlaqəli olmaqda şübhəli bilinən məmurlar var. Bu baxımdan hakimiyyət eyni hadisələrin Azərbaycanda da təkrarlana biləcəyini düşünür. “Ona görə də hansı vəzifəlilərin dinlənilməsi və onların nə barədə danışması hakimiyyətin birinci şəxsi üçün vacibdir. Keçmiş MTN rəhbərliyi demək olar ki, bütün vəzifəli şəxsləri dinləyib. Lakin onlarla bağlı audio və video faktlar hələ ki, istintaqda yoxdur”, – deyə qaynağımız bildirib.

Məlumatda həmçinin qeyd edilir ki, dinləmə məsələsilə bağlı hətta Eldar Mahmudovun özü də ciddi sorğu-suala çəkilib. Iddialara görə, Prezident Administrasiyasından gələn tapşırığa əsasən “MTN işi”ndə hələlik digər cinayətlər kənara qoyulub. Istintaqa yalnız dinləmə məsələsilə məşğul olmaq tapşırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.