“Ermənistan Azərbaycan ərazilərini geri verməli olacaq”

29-07-2016, 09:22   
“Ermənistan Azərbaycan ərazilərini geri verməli olacaq”
Bunu rusiyalı ekspert Aleksey Fenenko deyir

Serj Sərkisyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmalı olacaq. Bu barədə Rusiyanın Valday elit klubunun eksperti, REA Beynəlxalq Təhlükəsizlik Problemləri Institutunun baş elmi əməkdaşı, Lomonosov adına MDU-nun dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko Mediametrics.ru-fa müsahibəsinə bildirib.

Onun sözlərinə görə, Qarabağda aprel döyüşləri nizamlanmaya dair Madrid prinsiplərini tamamilə dəfn etdi. Indi Rusiya “danışıqlar prosesini üç hissəyə bölməyə başlayır: ayrılıqda Qarabağ barədə danışacağıq, ayrılıqda 5 rayon, ayrılıqda iki rayon (Laçın və Kəlbəcər) üzrə danışacağıq. Üç müxtəlif danışıqlar paketi olacaq. Rusiyanın hazırkı strategiyasının mahiyyəti də bundadır”.


“Rusiyanın rəsmi mövqeyi Azərbaycanın mövqeyinə yaxındır, nəinki erməni tərəfinin. RF-in mövqeyi üç məqamdan ibarətdir:

1.Biz Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın rəsmən Azərbaycanın tərkib hissəsi olduğunu tanıyırıq;

2.Biz problemin hərbi yolla həllinin əleyhinəyik;

3.Rusiya və KTMT-nin Ermənistana verdiyi heç bir zəmanət Qarabağa qarşı fəaliyyət göstərmir. Bunu başa düşmək üçün RF XIN-in bəyanatını oxumaq yetərlidir”,- rusiyalı ekspert vurğulayıb.

Fenenkonun sözlərinə görə, Moskvada Sərkisyana qarşı narazılıq artır. “Ancaq əgər biz daim Ermənistana təzyiq göstərsək, Ermənistan qəzəblənəcək və biz Rusiyaya qarşı çıxan növbəti bir dövlət qazanmış olacağıq”,- Valday klubunun eksperti qeyd eib. Eyni zamanda o bildirib ki, Moskva Ermənistana daha çox təzyiq göstərir, nəinki Azərbaycana.

Mediametrics.ru aparıcısının “niyə Qarabağ danışıqlarının detalları gizli saxlanılır” sualının cavabında Fenenko deyib ki, RF hakimiyyəti Rusiya ictimaiyyətinin narazılığından da ehtiyat edir. Belə ki o, Kremli növbəti müttəfiqini təslim etməkdə ittiham edər. Onun düşüncələrinə görə, Qarabağ ətrafında danışıqlar prosesinə 2017-ci il fevral-mart aylarına qədər aydınlıq gətirilməlidir. Buna qədərsə Qarabağ cəbhəsində böyük eskalasiya gözlənilmir.

Contact.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.